main-post-cover

    Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

    Digər
    Code-News
    11.12.2019
    Emil Nəcəfov
        Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib. Bu platforma sənədlər üzərində birgə işlərin təşkili üçün alətləri, qeydlərin aparılmasını, ediləcək görüşlərin planlaşdırılmasını, faylların mübadiləsini, çat vasitəsilə şirkət əməkdaşlarının öz aralarında ünsiyyətini və videokonfrans keçirilməsini təklif edir.
        Bu barədə Opennet.ru saytı xəbər verib. Microsoft Teams plaftforması kompüterdəki Linux əsaslı çalışma masası üçün optimizasiya edilmiş Office 365 paketinin ilk komponenti olub. Linux üçün Microsoft Teams-i deb rpm formatlarında test etmək olar. Platformanın Linux versiyası ilkin test mərhələsindədir və Windows üçün olan versiyanın tam funksionallığı ilə paritet təşkil etmir.
        Məsələn platformanın Linux versiyasında çalışan zaman ofis tətbiqlərinin dəstəyi və ünsiyyət zamanı pəncərənin hər bir istifadəçi üçün aktiv olması təqdim edilmir. Microsoft Teams ümumilikdə Skype for Business-i əvəz etdikdən sonra Microsoft şirkəti sözügedən platformanı Linux üçün istifadəyə verməyi qərara aldı
    Linki kopyala