Mozilla şirkəti Firefox Premium adlı ödənişli servisi istifadəyə verməyi planlaşdırır

Mozilla şirkəti Firefox Premium adlı ödənişli servisi istifadəyə verməyi planlaşdırır

Code-News
11.06.2019 PAYLAŞIM



    Mozilla Corporation şirkətinin CEO-su Chris Beard müsahibələrindən birində bildirib ki, şirkət bu ilin oktyabr ayında Firefox Premium adlı servisi istifadəyə verməyi planlaşdırır. Bu layihə çərçivəsində ödənişli abunəlik üsulu vasitəsilə genişləndirilmiş servis xidmətləri təqdim olunacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. Sözügedən layihənin detalları hələ bilinmir. Lakin misal olaraq VPN və istifadəçi məlumatlarının online saxlanılma yerlərinin istifadəsi servisləri gətirilir.

    Müsahibə zamanı edilmiş bəyanatlara əsasən VPN-dəki trafikin müəyyən miqdarı pulsuz olacaq. Ödənişli servis isə o adamlara təklif olunacaq hansılar üçün ki, əlavə trafik üstünlüyü lazım olsun. Ödənişli servislərin təqdim olunması isə ilk növbədə böyük resursları tələb edən infrastrukturların dəstəyinin maliyyələşdirilməsini mümkün edəcək və axtarış sistemləri ilə olan müqavilələr sayəsində əldə olunan gəlirlərdən asılılığı aşağı salaraq gəlir mənbələrinin əlavə diversifikasiyasını reallaşdıracaq.

    ABŞ üzrə Firefox brauzerində Yahoo axtarış sisteminin standart axtarış sistemi kimi istifadə olunması üçün əldə olunmuş razılaşmanın müddəti bu ilin sonunda başa çatacaq. Verizon mobil operatorunun isə Yahoo-nu alması ilə həmin razılaşmanın müddətinin uzadılıb-uzadılmayacağı hələki bilinmir. Qeyd etmək lazımıdr ki, Firefox daxilində pulsuz VPN sisteminin testinə hələ keçən ilin oktyabr ayında start verilmişdi. Həmin sistem brauzer daxilinə quraşdırılmış ProtonVPN adlı VPN servisi sayəsində daxiloma üsulu üzərində qurulub.

    Şirkət tərəfindən ProtonVPN servisinin seçilməsinin əsas səbəbləri sırasında isə digər servislərlə müqayisədə əlaqə kanallarının yüksək qorunma səviyyəsi, loqların təqdim olunmasından imtina və ümumi məqsədin yüksək gəlir əldə etmək deyil, Web-də yüksək səviyyədə təhlükəsizlik ilə privatlığın təmin olunması var. ProtonVPN şirkəti İsveçrədə qeydiyyatdan keçib. Bu ölkə isə özəl həyatın qorunması məsələsində ciddi qanunvericiliyə sahibdir. Həmin qanunvericilik sayəsində isə xüsusi dövlət orqanları məlumatları idarə edə bilmirlər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Google şirkəti Android-i standart Linux nüvəsinə keçirtməyi planlaşdırır..

Mobil əməliyyat sistemi olan Android Linux nüvəsinin xüsusi versiyasını istifadə edir və həmin nüvə ..


GitHub'a layihələrdəki boşluqların aşkar edilib və aradan qaldırılması üçün yeni..

Bu layihə açıq mənbəli koda sahib layihələrin sahib olduqları boşluqların aşkar edilib və aradan qal..


Microsoft şirkəti GitHub'ın ehtiyat kopyasını yaradıb

Dünyanın sonu halında IT sənayenin aqibəti təkcə bu məsələyə yaxından həvəs göstərənləri maraqlandır..


Microsoft şirkəti Internet Explorer'dəki 0-day boşluğunu aradan qaldırdı

Noyabr yenilənmələri özlərində Microsoft məhsullarında aşkar edilmiş 74 sistem boşluğu üçün patchlar..


Arch Linux tərtibatçıları Linux nüvəli paketlərin quraşdırılma təşkilində dəyişi..

Arch Linux tərtibatçıları Linux nüvəli paketlərin quraşdırılma təşkilində olan dəyişikliklərdən xəbə..


Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək

San Fransiskoda keçirilən Chrome Dev adlı sammit çərçivəsində Google şirkətinin mühəndisləri bildiri..