main-post-cover

    Python GitHub layihələri arasında Java'dan daha məşhur olub

    Digər
    Code-News
    08.11.2019
    Farid Pardashunas
        Məşhur GitHub servisi 2019-cu il üzrə statistika analizinin hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda maraqlı məqam ondan ibarətdir ki, Python proqramlaşdırma dili GitHub servisindəki layihələr arasında ən məşhur proqramlaşdırma dili reytinqində ikinci pilləyə qalxıb. Java isə bu reytinqdə üçüncü pilləyə düşüb. Reytinqin lideri hələ də JavaScript olaraq qalır. PHP isə dördüncü yerdə qərarlaşıb. C# beşinci yeri, C++ altıncı yeri,TypeScript yeddinci yeri, C səkkizinci yerii, Shell doqquzuncu yeri, Ruby isə onuncu yeri tutub. Bu barədə Opennet.ru saytı xəbər verib. Hesabatda qeyd olunmuş yeni tendensiyalar aşağıdakı kimidir:
    - GitHub servisinin istifadəçi kütləsi 10 milyon artaraq 41 milyon istifadəçi təşkil edib. 2018-ci ildə bu göstərici 31 milyon, 2017-ci ildə isə 24 milyon istifadəçi təşkil etmişdi.
    - 1 il rəzində 44 milyon yeni repozitoriy yaradılıb. Yeni tərtibatçılar tərəfindən yaradılan ilk repozitoriyaların sayı isə 44% yüksəlib. 1.3 milyon yeni tərtibatçı tərtibatçılıqda iştirak edib və açıq layihələr vasitəsilə öz dəyişikliklərini təqdim ediblər.
    - GitHub-da təqdim olunmuş təşkilatların sayı 2.1 milyondan 2.9 milyona yüksəlib.
    - İl ərzində 87 milyon pull sorğu reallaşdırılıb və problemlər barəsində 20 milyon bildiriş bağlanılıb.
    - GitHub-da təqdim edilmiş tərtibatçıların 20%-i ABŞ-da yerləşir. Digər ölkələr arasında ən böyük göstərici ilə Çin birinci yerdə qərarlaşıb. Daha sonra isə Hindistan və Almaniya gəlir.
    - Ən böyük iştirakçıya sahib repozitoriy Visual Studio Code olaraq qalır. Bu repozitoriy Microsoft şirkəti tərəfindən inkişaf etdirilir.
    - Yüksək sürətlə inkişaf edən repozitoriyalar siyahısında ilk pillərdə AspNetCore, flutter, vsts-docs, istio, amplify-js, charts proton qərarlaşıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər