main-post-cover

    Yeni süni zəka alqoritmi 3D fiqurları sözlər vasitəsilə hərəkət etdirə bilir (VİDEO)

    Digər
    Code-News
    14.09.2019
    Farid Pardashunas
        Yeni süni zəka alqoritmi sözləri fiziki hərəkətə çevirməyi öyrənib. JL2P (Joint Language-to-Pose) adlı yeni süni zəka alqoritmi hansısa aktivliyi əks etdirən ingilis dilli cümləni anlaya bilir və onu modelləşdirir. Beləliklə bu alqoritm 3D fiquru, gəzməyə, qaçmağa, hansısa musiqi alətində ifa etməyə məcbur edə bilər. Həmçinin o, 3D fiqurun hərəkət sürətini mətn əmrlərinə əsasən də dəyişə bilər.
        Sözügedən alqoritm Kernegi-Mellon Universitetinin mütəxəssisləri tərəfindən yaradılıb. Animasiyalar hələ ki, uzaqdan insanı xatırladan fiqurlar ilə yetinir. Lakin burda əsas özəllik təqdim edilmiş sözlərin hərəkətə çevrilməsi bacarığıdır. Onun vasitəsilə gələcəkdə robotlar real zaman ərzində müəyyən tapşırıqları yerinə yetirə biləcəklər.
        Bu cür alqoritmi həmçinin videoyunlar sahəsində də işlətmək olar. Belə ki, bu alqoritm sayəsində mütəxəssislər virtual personajları daha asan şəkildə modelləşdirə biləcəklər. Sadəcə olaraq müəyyən aktivliyi mətn şəklində təqdim etmək lazım olacaq. Ən maraqlısı isə ondadır ki, bu proses insana tamamilə aydın olan dildə reallaşdırılır. Buna görə də qəliz bir şey öyrənməyə ehtiyac qalmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər