
20 yaşındakı modeli qaçırıb DarkWeb-dən satışa çıxardılar!
Digər
06.08.2017
Orxan
Polşa vətəndaşı olan bir
adam, 20 yaşında bir modeli qaçırdıqdan sonra DarkWeb üzərindən satmaq istəyərkən
tutuldu. Bu hadisə DarkWeb-in qaranlıq üzünü bir dəfə daha qarşımıza çıxartdı.
Keçdiyimiz günlərdə polis tərəfindən tutulan Polşalı Lukasz Pawel Herba, 20 yaşındakı İngilis modeli qaçırıb, DarkWeb üzərindən satmağa çalışdığını
etiraf etdi.
Qan donduran hadisə İtaliyada yaşandı, gənc modeli
qaçırdıqdan sonra müxtəlif maddələr ilə birlikdə çamadanın içərisində saxlayan
Lukasz, DarkWeb üzərində verdiyi elan polislər tərəfindən öyrənildiyi zaman yaxanı
ələ verdi.
Tətil üçün İtaliyada
olan modeli qaçırdıqdan sonra ən çox pul verən porno şirkətinə satmağı qarşısına məqsəd qoyan Lukasz, özüncə meydana gətirdiyi bu hərracı 300.000 dollardan
başlatdı.

Ödəmə üsulu olaraq Bitcoin-i
şərt qoşan Lukasz, təqib edilməmək
üçün əlindən gələni etmiş olsa da İtalyan
Polisi və İnterpolun ortaq işiylə yeri müəyyən edildikdən sonra istifadə
etdiyi saxta şəxsiyyət vəsiqəsi və compüteri ilə birlikdə tutuldu.
Ömür boyu həbs istəyiylə mühakimə olunan Lukasz, bu hadisə
ilə birlikdə DarkWeb-in qaranlıq üzünü bir dəfə daha göz önünə sərdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
