Logo
    main-post-cover

    Avropa Komissiyası Google-un reklam qiymətləri ilə bağlı yeni araşdırmaya başladı

    Digər
    13.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, European Commission Google-a qarşı yeni araşdırmaya başlayıb. Bu dəfə diqqət şirkətin genişmiqyaslı onlayn reklam biznesinə yönəlib. Bloomberg-in yaydığı məlumata görə, Avropa İttifaqı tənzimləyiciləri artıq Google-un müştəriləri və rəqibləri ilə əlaqə saxlayaraq şirkətin reklam bazarındakı dominant mövqeyi barədə məlumat toplayır.
        Aİ qurumları xüsusilə Google-un reklam hərraclarında qiymətləri süni şəkildə artırıb-artırmadığını araşdırır. İddialara görə, şirkət hərracın “clearing price” adlanan yekun qiymətini manipulyasiya etməklə reklamverənlərin xərclərini artıra bilər. Əgər bu iddialar təsdiqlənsə, Google Avropa rəqabət qanunvericiliyini pozmaqda təqsirli sayıla bilər. Bu halda şirkəti ciddi maliyyə sanksiyası gözləyə bilər. Qaydalara əsasən, Google-un qlobal illik gəlirinin 10 %-i həcmində cərimə tətbiq oluna bilər ki, bu da milyardlarla dollar deməkdir.
        Qeyd edək ki, European Union artıq daha əvvəl Google-u Rəqəmsal Bazarlar Aktını (DMA) pozduğuna görə milyardlarla avro məbləğində cərimələyib. Bundan əlavə, şirkətin azyaşlılara yönəlik reklam siyasəti də 2024-cü ilin dekabrından etibarən araşdırma altındadır. Tənzimləyicilər Google-dan Android sistemini rəqib süni intellekt köməkçilərinə açmağı və axtarış məlumatlarını rəqiblərlə paylaşmağı da tələb edib.
    Paylaş