main-post-cover

    Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

    Digər
    25.09.2024
    Emil Nəcəfov
         Qarabağda ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir. 
         Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt Azercell nömrəsi  və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir. 
         Qeyd edək ki, “SuperSən 10GB” tarifinə aylıq 10GB internet, 500 ölkədaxili dəqiqə, “WhatsApp” və “Facebook Messenger”də pulsuz yazışma daxildir. 
         Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə noyabr ayının 30-dək Azercell-in Xankəndi şəhərində (Qarabağ Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət etmək olar. 
         Kampaniya haqqında ətraflı məlumat ilə Azercell-in rəsmi veb səhifəsində tanış olmaq mümkündür. 
         “Azercell Telekom” MMC bütün tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar arzulayır!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell və GSMA əməkdaşlığı gücləndirir
    azercell-ve-gsma-emekdasligi-guclendirir
    Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
    azercell-it-ixtisasi-uzre-en-yuksek-bal-toplamis-telebe-qizlari-tebrik-etdi
    Azercell Biznes-in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!
    azercell-biznes-in-yeni-infohub-xidmeti-ile-biznesinizin-melumat-bazasi-ve-cavablariniz-bir-merkezde
    “Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq
    startup-world-cup-tedbiri-azercell-in-terefdasligi-ile-bas-tutacaq
    Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
    reqemsal-sexsiyyet-vesiqesinin-taninmasi-azercell-in-butun-ofislerinde-temin-edilib