
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son günü möhtəşəm layihələrlə yadda qaldı!
Digər
21.06.2025
Sabina
“Cannes Lions 2025”dən məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
72-ci “Cannes Lions Beynəlxalq Yaradıcı Festivalı” möhtəşəm bir finalla başa çatdı. Son günün mükafat mərasimində “Film”, “Titanium”, “Glass: The Lion for Change”, “Sustainable Development Goals” və “Grand Prix for Good” nominasiyalarının qalibləri elan edildi. Festivalın bütün həftəsini əhatə edən xallar əsasında verilən xüsusi mükafatlar da bu mərasimdə təqdim olundu.
Fransa və ABŞ bu dəfə də zirvədə oldu. Hər biri 2 qran-pri qazanaraq “Cannes Lions”ı zirvədə tamamladı. Braziliya və Yeni Zelandiya isə hər biri 1 qran-pri ilə festival tarixində iz qoydular.
Glass: The Lion for Change
Bu kateqoriyada 253 müraciət arasından 8 “Şir” təqdim olundu. Qran-pri “Dove” üçün hazırlanan “Real Beauty” kampaniyasına verildi. “Ogilvy UK, London” tərəfindən hazırlanan bu kampaniya qadınların öz gözəlliklərini tanımaları ideyası üzərində qurulub və zamanla qlobal bir özünəinam hərəkatına çevrilib.
Sustainable Development Goals Lions
Burada 481 müraciət arasından 16 layihə “Şir” qazandı. Qran-pri isə “Amazon Greenventory” kampaniyasına təqdim olundu “Natura” üçün “Africa Creative DDB, São Paulo” tərəfindən ərsəyə gətirilən bu kampaniya Amazon meşəsində 400 km² ərazidə ağacların inventarını çıxarıb. 30.000-dən çox kosmetik potensiallı ağac müəyyənləşdirilərək yerli icmalara iqtisadi dəstək verilib.
Film Lions
Bu kateqoriyada isə 1642 müraciətdən 52 layihə “Şir” qazandı. Bu il Film Lions nominasiyasında 2 qran-pri təqdim edildi.
Onlardan biri “Channel 4” tərəfindən Paralimpiyaya həsr olunmuş “Paris Paralympics 2024: Considering What?” adlı kampaniyaya verildi. Kampaniya stereotipləri sarsıdan vizuallar, dramatik montaj və səs dizaynı ilə tamaşaçını düşünməyə və hiss etməyə məcbur etmişdi.
İkinci qran-pri isə “L’Oréal Paris”in “The Final Copy of Ilon Specht” adlı sənədli film layihəsinə verildi. 1973-cü ildə yazılmış “Because I’m worth it” şüarının arxasındakı qadın gənc kopirayter Ilon Specht-in hekayəsi brendin qadın gücünü dəstəkləmə məqsədini bir daha sübut etdi.
Dan Wieden Titanium Lions
Kateqoriyada 187 müraciət arasından 4 Titanium “Şir”i və bir qran-pri təqdim olundu. “AXA – Three Words” kampaniyası bu il həm “Titanium Grand Prix”, həm də əvvəlki günlərdə başqa nominasiyalarda qran-pri alaraq festivalın ən güclü işlərindən birinə çevrildi. Bu kampaniyada “AXA” tərəfindən sığorta müqavilələrinə sadəcə “və məişət zorakılığı” ifadəsinin əlavə olunması qadınlara sığınacaq və təhlükəsizlik qazandırdı. Qeyd edək ki, jüri bu ideyanı “bir hərəkatın ilk domino daşına” bənzətdi.
Grand Prix for Good
Yeni Zelandiya “The Best Place In The World To Have Herpes” kampaniyası ilə “Grand Prix for Good” mükafatını qazandı. Cəmiyyətin herpeslə bağlı stiqmalarını yumor və maarifləndirmə ilə parçalayaraq bu sağlamlıq məsələsini milli kimlik və qürur məsələsinə çevirməyi bacardı. Münsiflər bunu “qeyri-adi cəsarətli və yaradıcı bir yanaşma” kimi qiymətləndirib.
Xüsusi mükafatlar isə aşağıdakı kimi oldu:
- İlin Yaradıcı Şirkəti (Creative Company of the Year): WPP
- İlin Şəbəkəsi (Network of the Year): DDB Worldwide
- İlin Müstəqil Şəbəkəsi (Independent Network of the Year): Serviceplan Agenturgruppe
- İlin Agentliyi (Agency of the Year): Publicis Conseil, Paris
- İlin Müstəqil Agentliyi (Independent Agency of the Year): Serviceplan, Münhen
- Palme d’Or: Revolver, Avstraliya
- İlin Yaradıcı Brendi (Creative Brand of the Year): AXA
Kateqoriyalar üzrə ilin agentlikləri (Agency of the Year by Track)
- Klassik (Classic): Africa Creative DDB, San-Paulu
- Sənətkarlıq (Craft): FCB Chicago, ABŞ
- İştirak (Engagement): GUT, São Paulo
- Əyləncə (Entertainment): DAVID, Nyu-York
- Təcrübə (Experience): DM9, San-Paulu
- Yaxşılıq (Good): Africa Creative DDB, San-Paulu
- Sağlamlıq (Health): Ogilvy, Şanxay və Sinqapur
- Strategiya (Strategy): Ogilvy UK, London
Kateqoriya üzrə ilin müstəqil agentlikləri (Independent Agency of the Year by Track)
- Klassik (Classic): Serviceplan, Münhen
- Sənətkarlıq (Craft): Bear Meets Eagle On Fire, Sidney
- İştirak (Engagement): Rethink, Toronto
- Əyləncə (Entertainment): BigTime Creative Shop, Ər-Riyad
- Təcrübə (Experience): Serviceplan, Münhen
- Yaxşılıq (Good): L&C, Nyu-York və Serviceplan, Münhen
- Sağlamlıq (Health): Artplan, San-Paulu
- Strategiya (Strategy): Rethink, Toronto
“Cannes Lions 2025”in final günündə mükafat qazanan işlər bir daha sübut etdi ki, yaradıcı ideyalar yalnız reklam deyil, həm də sosial transformasiya gücünə sahibdir. Bu ideyalar yalnız marka uğurları ilə yox, həm də dünyanın gedişatını dəyişmək gücü ilə yadda qalırlar.
Növbəti ildə görüşənədək!
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
