Logo
    main-post-cover

    “Cannes Lions Festivalı”nın ikinci günü bol mükafat, yaradıcılıq və əyləncə ilə başa çatdı!

    Digər
    19.06.2024
    Sabina
    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”ndan yayımlar Azercellin eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
    İham və motivasiya dolu keçən festivalın ikinci günündə “Entertainment”, “Entertainment Lions for Gaming”, “Entertainment Lions for Music” və “Entertainment Lions for Sport” kateqoriyalarında yaradıcılığın əyləncəli tərəfi işıq üzü gördü. Bunlarla yanaşı, “Design”, “Digital Craft”, “Film Craft” və “Industry Craft” üzrə mükafatlar da öz sahiblərini tapdı. Gəlin qalib layihələr və agentliklərlə tanış olaq. 

    Entertainment

    Mükafatlandırma gecəsi 762 “entry” qəbul edən Entertainment kateqoriyası ilə başladı və 27 “Şir” qaliblərə təqdim olundu:
    3 qızıl, 8 gümüş və 15 bürünc.
    Kateqoriyanın qran-pri mükafatını WhatsApp platformasının “We Are Ayenda” kampaniyası qazandı. Layihənin müəllifləri “Creative X” və “Modern Arts” kreativ agentlikləri idi.

    Entertainment Lions for Gaming

    Bu kateqoriya 407 “entry” və 15 mükafatla yadda qaldı:
    2 qızıl, 5 gümüş, 7 bürünc.
    McCann London imzalı “The Everyday Tactician” layihəsi qran-pri mükafatına layiq görüldü.

    Entertainment Lions for Sport

    Kreativliyin idmanla kəsişdiyi bu kateqoriyada 665 “entry” qeydə alındı.
    4 qızıl, 6 gümüş, 10 bürünc.
    Ən böyük mükafatı “Marcel” agentliyi tərəfindən hazırlanmış “WoMen’s Football” kampaniyası qazandı.

    Entertainment Lions for Music

    Bu kateqoriyada 442 “entry” və 16 “Şir” təqdim olundu:
    2 qızıl, 5 gümüş, 8 bürünc.
    Qran-pri Johnnie Walker (Diageo) brendinin “Errata at 88” layihəsinə təqdim edildi. Kampaniya “AlmapBBDO” tərəfindən hazırlanmışdı.

    Digital Craft

    552 “entry” üçün 18 mükafat verildi:
    3 qızıl, 6 gümüş, 8 bürünc.
    Qran-pri Spotifyın “Spreadbeats” kampaniyasına təqdim olundu. Layihə “FCB New York” tərəfindən tamamilə Microsoft Excel proqramında hazırlanmışdı.

    Film Craft

    1552 “entry” qəbul edildi və 46 “Şir” təqdim olundu:
    7 qızıl, 16 gümüş, 22 bürünc.
    Qran-pri mükafatını HeimatTBWA tərəfindən “Hornbach” üçün hazırlanan “The Square Meter” layihəsi qazandı.

    Design

    927 “entry” və 31 “Şir” təqdim olundu:
    5 qızıl, 11 gümüş, 14 bürünc.
    Qran-pri Sol Cement şirkətinin “Sightwalks” layihəsinə verildi. Layihəni “Circus Grey” agentliyi hazırlamışdı.

    Industry Craft Lions

    Bu kateqoriyada 1001 “entry” və 28 mükafat açıqlandı:
    4 qızıl, 9 gümüş, 14 bürünc.
    Günün son qran-pri qalibi Frankfurter Allgemeine Zeitung qəzetinin “The 100th Edition” layihəsi oldu. “Scholz & Friends” tərəfindən hazırlanan bu işin əsas qəhrəmanı 102 yaşlı Margot Friedländer, Holokost faciəsindən sağ çıxmış şəxs idi.

    “Kann Beynəlxalq Yaradıcılıq Festivalı”nın növbəti günləri haqqında məlumat almaq üçün bizi izləməyə davam edin.
    Paylaş