Cannes Lions Yaradıcılıq Festivalı”nın son qalibləri kimlər oldu?
Digər
22.06.2024
Sabina
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”ndan yayımlar Azercellin eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
Festivalın son günü də motivasiya, təcrübə, əyləncə və təbii ki, mükafatlarla bol idi. Son mükafatlandırma mərasimində Film, Glass: The Lion for Change, Sustainable Development Goals, The Grand Prix for Good və The Dan Wieden Titanium Lions üzrə qaliblərin sevincinə şahid olduq. Gəlin onlarla yaxından tanış olaq.
Film
1887 “entry” və 53 “Şir” təqdim olundu:
9 qızıl, 16 gümüş, 26 bürünc.
9 qızıl, 16 gümüş, 26 bürünc.
Bu kateqoriyada jüri iki qran-pri təqdim etdi.
Birinci qran-pri Marcel tərəfindən Orange üçün hazırlanan “WoMen’s Football” kampaniyasına təqdim olundu.
İkinci qran-pri isə Sidney Opera Teatrının “Play It Safe” videosuna verildi. Layihə The Monkeys | Accenture Song agentliyi tərəfindən hazırlanmışdı.

Glass: The Lion for Change
165 “entry” və 7 “Şir” təqdim olundu:
1 qızıl, 2 gümüş, 3 bürünc.
1 qızıl, 2 gümüş, 3 bürünc.
Qran-pri Vaseline markasının “Transition Body Lotion” layihəsinə təqdim edildi. Layihənin müəllifi Ogilvy agentliyidir.
Sustainable Development Goals
593 “entry” arasından 20 “Şir” təqdim olundu:
4 qızıl, 5 gümüş, 10 bürünc.
4 qızıl, 5 gümüş, 10 bürünc.
Qran-pri Publicis Conseil agentliyinin Renault üçün hazırladığı “Cars to Work” layihəsinə təqdim edildi.
The Dan Wieden Titanium Lions
200 “entry” daxil olmuşdu və nəticədə 4 Titanium Lions mükafatı təqdim edildi.
Qran-pri isə Wieden+Kennedy agentliyinin DoorDash üçün hazırladığı “DoorDash-All-The-Ads” kampaniyasına verildi.
Qran-pri isə Wieden+Kennedy agentliyinin DoorDash üçün hazırladığı “DoorDash-All-The-Ads” kampaniyasına verildi.
Grand Prix for Good
Bu kateqoriyada yalnız bir böyük mükafat təqdim olundu.
Qalib Innocean kreativ agentliyi oldu. Onlar Reporters Without Borders üçün hazırladıqları silsilə filmlərlə bu mükafatı qazandılar.
Qalib Innocean kreativ agentliyi oldu. Onlar Reporters Without Borders üçün hazırladıqları silsilə filmlərlə bu mükafatı qazandılar.
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın sonuna çatsaq da, yaradıcılıq və reklam dünyası haqqında ən son yeniliklərdən xəbər tutmaq üçün bizi izləməyə davam edin.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək