Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
Digər
06.06.2024
Farid Pardashunas
Yollarda elektriklə işləyən avtomobillərin sayı artdıqca, bu avtomobillər üçün tələb olunan xammala olan tələbat da artır. Məhz buna görə də mis hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Beynəlxalq Enerji Forumu (IEF) tərəfindən bu yaxınlarda dərc edilmiş məqaləyə görə, əgər biz metala artan tələbatı ödəmək üçün bir yol tapmasaq və ya elektrikləşdirmə səylərimizi kəskin şəkildə dəyişdirməsək, qarşıdakı illərdə təchizat problemi ilə üzləşəcəyik. Hesabat, 2018-2050-ci illər arasındakı mis tədarükünü təhlil edir. O, bu təhlili, misə olan tələbatla uyğunlaşdırır. Müvafiq olaraq, 30 il ərzində normal tendensiyaları qarşılamaq üçün bu günə qədər hasil ediləndən 115% çox mis hasil edilməlidir. Bundan əlavə, qlobal avtomobil parkını elektrikləşdirmək üçün 55% daha çox mis mədənlərinin istehsala keçməsinin lazım olduğu vurğulanır.
Hesabatda həmçinin qeyd olunur ki, uzunmüddətli perspektivdə mis kəşfiyyatı və mədənin inkişafı təşviq edilməlidir. IEF, həmçinin okean mədənlərini də nəzərdən keçirməyə çağırır. Hesabata görə, hibrid istehsalına tam keçid qlobal misə tələbatın yalnız “cüzi” miqdarda artması ilə nəticələnəcək və elektrik şəbəkəsinin paylanmasında əhəmiyyətli təkmilləşdirmə tələb etməyəcək. Bundan əlavə, hibrid avtomobillər, istixana qazları emissiyalarına və şəhərin çirklənmə səviyyələrinə ümumi elektrikləşdirmə ilə demək olar ki, eyni müsbət təsir göstərə bilər. IEF-ə görə, bu mükəmməl bir həll deyil, lakin resurs mövcudluğu və mədən perspektivləri nəzərə alınmaqla daha real həll ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
Elektrikli avtomobillərin və digər cihazların akkumulyatorlarını daha tez doldura bilən və daha uzun ömürlü olan kondensator hazırlanıb. Yeni kondensatorun enerji sıxlığının bu gün istifadə olunanlardan 19 qat daha çox olduğu bildirilir.
Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
Baş tutmuş Global EV Outlook 2024 adlı konfrans çərçivəsində təqdim edilmiş məlumata əsasən 2023-cü ilin sonunda bütün dünyada satılmış elektromobillərin hamısı Çində istehsal edilib.
Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
Avtomobillərin satışları üçün nəzərdə tutulmuş Auto Trader adlı platformanın aparmış olduğu tədqiqat nəticəsində məlum olub ki, elektromobillər ikinci əl avtomobil bazarında digər avtomobillər ilə müqayisədə daha tez dəyər itirirlər.
Elektromobillər nə dərəcədə etibarlıdır?
Elektromobillər nə dərəcədə etibarlıdır?
ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb.
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Recurrent adlı analitik şirkət qışın soyuq hava şəraitinin elektromobillərin yolları hansı məsafədə qətt etmə bacarıqlarına necə təsir göstərdiyini aydınlaşdırıblar.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!