Logo
    main-post-cover

    Epic CEO-su Tim Sweeney 2032-ci ilə qədər Google-u tənqid etməyəcək

    Digər
    05.03.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Tim Sweeney uzun illərdir texnologiya dünyasında ən açıq və sərt tənqidçilərdən biri kimi tanınır. O, xüsusilə də Google və Apple kimi texnologiya nəhənglərinin tətbiq mağazası siyasətlərini tez-tez tənqid edirdi.
    Epic Games CEO on why Google lost: Execs 'wrote things down' | CNN Business
        Sweeney bu şirkətlərin biznes modelini “qanqster üsulu ilə işləyən bizneslər” adlandırmış, Android platformasını isə “saxta açıq platforma” kimi xarakterizə etmişdi. Hətta o, Google-un “Project Hug” proqramını “böyük miqyaslı korrupsiya cəhdi” kimi qiymətləndirmişdi. Lakin 3 mart tarixində Epic Games ilə Google arasında imzalanan razılaşma Onun bu mövzuda çıxışlarını ciddi şəkildə məhdudlaşdırıb. Müqaviləyə əsasən, Epic artıq Google-u məhkəməyə verə və ya şirkətin tətbiq mağazası siyasətlərini açıq şəkildə tənqid edə bilməyəcək.
        Sənədə görə, Epic rəsmi şəkildə Google və Android platformasında ediləcək dəyişikliklərin rəqabətə uyğun olduğunu qəbul etməli və hətta bu modeli dəstəkləyən açıqlamalar verməlidir. Bundan əlavə, Sweeney gələcəkdə başqa məhkəmələrdə də bu razılaşmanı müdafiə etməyə çağırıla bilər.
    Paylaş