main-post-cover

    Google-a qarşı 13.6 milyard funt sterlinq dəyərində məhkəmə iddiası qaldırılıb!

    Digər
    06.06.2024
    Farid Pardashunas

         Google, rəqabətə zidd reklam təcrübələrinə görə, 13.6 milyard funt-sterlinq dəyərində böyük məhkəmə iddiası ilə üzləşir.

         Ad Tech Collective Action LLP, Google-un rəqəmsal reklamda dominant mövqeyindən sui-istifadə etdiyini iddia edib. İddialara görə, Google öz reklam texnologiyası məhsullarına üstünlük verməklə rəqiblərini əlverişsiz vəziyyətə salıb və yayımçıların qazandığı reklam gəlirlərini azaldıb. Həmçinin bildirilir ki, Google reklam xidmətləri üçün şişirdilmiş rüsumlar alır. Google, bu iddiaları “uyğunsuz” və “əsassız” adlandıraraq iddianı rədd etməyə çalışıb. Bununla belə, Böyük Britaniya Rəqabət Apellyasiya Məhkəməsi, işə baxılması üçün yaşıl işıq yandırıb. Məhkəmə qərara alıb ki, bu məsələyə ciddi baxılmalıdır. Beləliklə, Google indi özünü məhkəmədə müdafiə etməli olacaq.
         Ad Tech Collective Action LLP-nin tərəfdaşı Claudio Pollack, açıqlamasında, “Bu qərar Google-un rəqabətə zidd davranışından zərər çəkənlər üçün böyük əhəmiyyət kəsb edir. Google rəqabətsiz reklam təcrübələrinə görə cavab verməli olacaq. Hüquq və iqtisadi məsləhətçilərimizlə birlikdə bu prosesdə zərər çəkənlərə təzminat ödəməyi hədəfləyirik." deyə bildirib. Bundan başqa, Pollack, bu işin, ədalətli rəqabət mühitinin təmin edilməsi üçün vacib olduğunu vurğulayıb. Google-un hüquq direktoru Oliver Bethell, bu iddianın "spekulyativ və fürsətçi" olduğunu bildirib. Bethell, “Google, Böyük Britaniya və Avropadakı nəşriyyatlarla konstruktiv işləyir. Bizim reklam alətlərimiz və bir çox reklam texnologiyası rəqiblərimiz milyonlarla vebsayt və proqrama məzmunlarını maliyyələşdirməyə kömək edir. Bu xidmətlər, eyni yayımçılarla əməkdaşlıq edərək uyğunlaşır və təkmilləşir. Biz bu iddiadan qətiyyətlə müdafiə edəcəyik." deyə açıqlamasında bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, Keniyadan Avstraliyaya fiber optik kabel çəkməyi planlaşdırır!
    google-keniyadan-avstraliyaya-fiber-optik-kabel-cekmeyi-planlasdirir
    Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
    google-a-gore-pendiri-pizzaya-yapisdirmaq-ucun-yapisqandan-istifade-ede-bilersiniz
    Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
    google-suni-intellekt-destekli-reklamlar-gostermeye-baslayib
    Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
    google-nin-sozlerine-gore-microsoft-musterilerini-kiberhucumlara-qarsi-qoruya-bilmir
    Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
    android-15-de-5-yeni-tehlukesizlik-funksiyasi-istifadeye-verilecek