Logo
    main-post-cover

    Google-ın nəhəng data mərkəzi su qıtlığı narahatlığı yaradıb

    Digər
    06.08.2026
    Sevinj
        Google-ın Hindistanın Vişaxapatnam şəhərində inşa etməyi planlaşdırdığı 15 milyard dollarlıq nəhəng məlumat mərkəzi layihəsi yerli sakinlərin və ekoloqların etirazına səbəb olub. Şirkətin Gautam Adani qrupunun iştirakı ilə həyata keçirəcəyi layihə dünyanın ən böyük məlumat mərkəzi investisiyalarından biri hesab olunur. Hindistan hökumətinin hesablamalarına görə, layihə tam reallaşacağı halda təxminən 188 min yeni iş yeri yarada bilər. Lakin əsas narahatlıq məlumat mərkəzinin su istehlakı və ətraf mühitə mümkün təsirləri ilə bağlıdır.
    After 16 Years, Google Is Doing the 1 Thing No Company Should Ever Do
        Hazırda Vişaxapatnam şəhərində gündəlik suya tələbat təxminən 480 milyon litr olduğu halda, şəhərə cəmi 410 milyon litr su təmin edilir. Bu səbəbdən sakinlər hesab edirlər ki, böyük həcmdə suya ehtiyac duyan məlumat mərkəzinin fəaliyyətə başlaması mövcud su çatışmazlığını daha da dərinləşdirə bilər. Hindistan hökuməti layihə üçün 20 il müddətinə su təminatı zəmanəti verdiyini və kəndlərin içməli su ehtiyatlarının bu məqsədlə istifadə olunmayacağını açıqlayıb. Lakin ekoloqlar və yerli fəallar mövcud su qıtlığını nəzərə alaraq bu vədlərə şübhə ilə yanaşırlar.
        Google isə bildirib ki, məlumat mərkəzində su sərfiyyatını azaltmaq üçün müasir hava ilə soyutma (air cooling) texnologiyalarından istifadə ediləcək. Şirkətin sözlərinə görə, bu sistem ənənəvi soyutma üsulları ilə müqayisədə su istehlakını əhəmiyyətli dərəcədə azaldır. Layihə ilə bağlı digər narahatlıq isə onun Kambalakonda Vəhşi Təbiət Qoruğuna cəmi 860 metr məsafədə yerləşməsidir. Mütəxəssislər tikinti işləri və ağır texnikanın yaratdığı səs-küyün bəbirlər, panqolinlər və digər canlıların yaşayış mühitinə mənfi təsir göstərə biləcəyini bildirirlər. Məsələ artıq məhkəmə müstəvisinə də çıxıb. Layihəyə qarşı bir neçə hüquqi iddia qaldırılıb və Hindistan Ali Məhkəməsində növbəti dinləmənin bu ay keçirilməsi gözlənilir.
    Paylaş