
Google, Keniyadan Avstraliyaya fiber optik kabel çəkməyi planlaşdırır!
Digər
24.05.2024
Aslan
Google, cümə axşamı Afrika və Avstraliyanı birləşdirəcək fiber optik kabel çəkəcəyini elan edib.
Umoja ("birlik" mənasını verən suahili sözü) adlanan kabelin bir ucu Keniyadan başlayacaq və Hind okeanını keçərək Avstraliyaya çatmamamışdan əvvəl Uqanda, Ruanda, Konqo Demokratik Respublikası, Zambiya, Zimbabve və Cənubi Afrikadan keçəcək.

Google-un sözlərinə görə, layihə “rəqəmsal əlaqəni artırmaq, iqtisadi artımı sürətləndirmək və Afrikada dayanıqlığı dərinləşdirmək” üçün nəzərdə tutulub. Kabellə yanaşı, şirkət Keniya hökuməti ilə kibertəhlükəsizlik, məlumatlara əsaslanan innovasiyalar, rəqəmsal bacarıqların inkişafı və süni intellektin məsuliyyətli və təhlükəsiz istifadəsi üzrə işləyəcəyini deyir. Umoja, Google-un Portuqaliya və Cənubi Afrika arasında çalışan özəl dənizaltı kabeli Equiano-ya qoşulacaq.
Google, yeni marşrutun “yüksək effektli kəsilmələr” keçmişi olan regionda şəbəkə dayanıqlığının gücləndirilməsi üçün çox vacib olduğunu bildirir. Başqa sözlə, daha çox şəbəkə ehtiyatı, regionun genişzolaqlı infrastrukturunun daha az pozulmasını təmin edəcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
