Logo
    main-post-cover

    Google tələbə jurnalistin şəxsi məlumatlarını ICE-ə verdi

    Digər
    11.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google şirkəti bir tələbə və jurnalistə aid geniş həcmli şəxsi məlumatları ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) təqdim edib. Məlumata görə, bu addım məhkəmə tərəfindən təsdiqlənməmiş inzibati çağırış (administrative subpoena) əsasında atılıb.
    How Old Is Google? Exploring The History Of The World's Most Popular Search  Engine | Upgrow
        Söhbət Böyük Britaniya vətəndaşı, 2024-cü ildə Nyu-Yorkdakı Cornell University universitetində təhsil alan tələbə jurnalist Amandla Thomas-Johnson-dan gedir.
        Google ICE-ə aşağıdakı məlumatları ötürüb:
    • Google hesabının istifadəçi adları
    • Fiziki ünvan
    • Hesabla əlaqəli xidmətlərin siyahısı
    • IP ünvanları
    • Telefon və abunəçi nömrələri
    • Kredit kartı və bank hesabı məlumatları
        Maraqlıdır ki, tələbənin sözlərinə görə, Cornell Universiteti ona ABŞ hökumətinin tələbə vizasını ləğv etdiyini bildirdikdən cəmi iki saat sonra məlumat sorğusu göndərilib. Hadisə ilk olaraq The Intercept tərəfindən ictimaiyyətə açıqlanıb.
        İnzibati çağırışlar federal qurumlar tərəfindən birbaşa verilir və hakim müdaxiləsi olmadan qüvvəyə minir.
        Bu tip çağırışlar:
    • Elektron məktubların məzmununu və ya axtarış tarixçəsini tələb edə bilməz,
    • Lakin istifadəçi identifikasiyası üçün metadataya və şəxsi məlumatlara çıxış istəyə bilər.
        Əsas məqam isə budur ki, texnologiya şirkətləri inzibati çağırışa cavab olaraq məlumat təqdim etməyə məcbur deyil. Bu, məhkəmə qərarından fərqli olaraq, hüquqi baxımdan mütləq öhdəlik yaratmır.
    Paylaş