Google YouTube Music Premium istifadəçilərinə səhvən reklam göstərdi
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube Premium abunəçiləri bu həftə gözlənilməz problemlə qarşılaşıblar. Ayda 13.99 dollar ödəyərək reklamsız musiqi dinləmək imkanı əldə edən istifadəçilər, xüsusilə YouTube Music xidmətində pleylist ortasında reklamların göstərildiyini bildiriblər.
Problemin əsasən Google Home və Nest cihazlarında ortaya çıxdığı qeyd olunur. İstifadəçilər cihazları sıfırlasalar belə reklamların davam etdiyini yazıblar ki, bu da problemin cihaz səviyyəsində deyil, hesab (account) səviyyəsində olduğunu göstərib. Fevralın 20-də Google Home subreddit-ində bir çox Premium istifadəçi eyni şikayətləri paylaşıb. Onların sözlərinə görə, reklamlarla yanaşı digər texniki problemlər də yaşanıb:
- Mahnı başlamazdan əvvəl uzun gecikmələr
- Səs səviyyəsinin aşağı olması
- Casting problemləri
- YouTube Music alqoritminin düzgün işləməməsi
Bəzi istifadəçilər isə bu problemlərin uzun müddətdir davam etdiyini bildirərək abunəliklərini ləğv etdiklərini qeyd ediblər. Bir istifadəçi “Yəqin ki, yeniləməni səhv buraxıblar” deyə yazıb. Google Nest Community hesabı ilkin açıqlamasında problemdən xəbərdar olduqlarını və araşdırma apardıqlarını bildirib. İlk paylaşımda reklam məsələsi xüsusi vurğulanmasa da, “Bəzi Google Home cihazlarında YouTube Music ifasında problem var. Araşdırırıq və ən qısa zamanda yeniləmə verəcəyik” deyə qeyd edilib.
Paylaş