Microsoft, Çin bazarındakı mağazalarının qapılarını bağlayır!
Digər
03.07.2024
Farid
Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.
Qlobal bazarda yaşanan dəyişikliklər və strategiya fərqliliklərdən sonra Microsoft, Çindəki fiziki mağazalar əvəzinə onlayn satış kanallarına diqqət yetirməyə qərar verib. Çin daxilində bütün fiziki mağazalarını bağlayan şirkət, proqram təminatı və bulud xidmətləri kimi digər sahələrdə Çində fəaliyyətini davam etdirəcək. Bu mənada qeyd etməliyik ki, Microsoft Çin və Asiya bazarlarından tam çəkilməyib.
Microsoft, Çin bazarına ilk addımını 1992-ci ildə atıb. O vaxtdan bəri şirkət, Windows əməliyyat sistemi və Office proqram dəsti kimi məhsulları ilə Çində əhəmiyyətli bazar payı qazanıb. Lakin son illərdə Çin hökumətinin yerli texnologiya şirkətlərinə dəstək siyasəti və rəqabəti gücləndirməsi Microsoft-un bazardakı mövqeyini çətinləşdirib. Lakin onu da əlavə etməliyik ki, bu qərar Çinə xas deyil. Microsoft, 2020-ci ildə qlobal miqyasda bir çox pərakəndə mağazalarını bağlamaq qərarına gəlib. Şirkət, rəqəmsal satış kanallarına və bulud xidmətlərinə diqqət yetirmək strategiyasını qəbul edib. Çində mağazaların bağlanması bu qlobal strategiyanın bir hissəsi kimi qəbul edilir. Bu mənada yeni dövrdə bir neçə fərqli ölkədə fiziki mağazalar bağlana bilər.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Windows 11-in iş masasını smartfon ekranında işə salmaq mümkün olacaq
Windows 11-in test versiyasında bu əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni funksiya aşkar edilib.
Digər
Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
Kütləvi məhsuldar süni intellekt platformaları işlədən şirkətlər, təlim məlumatları üçün internetdə sərbəst paylaşılan məzmunlardan istifadə edirlər. Onları qorumaq üçün isə heç bir mexanizm yoxdur.
Digər
Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!
Məşhur texnologiya nəhəngi Microsoft, Avropa Komissiyasının böyük ittihamı ilə üzləşib. Şirkət 6 milyard dollar dəyərində cərimə ödəyə bilər.
Nəqliyyat
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Bildirilir ki, Avropada əlavə vergilərə məruz qalan Çin istehsalçıları Pekində bağlı qapılar arxasında keçirilən toplantıda Avropadan idxal edilən daxili yanma mühərrikli avtomobillərə əlavə vergi tələb ediblər.
Tech-Biznes
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur.
Ən çox oxunanlar