Logo
    main-post-cover

    Movies Anywhere platforması Google dəstəyini bərpa etdi

    Digər
    22.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google yenidən Movies Anywhere platformasına qoşulub. Bu o deməkdir ki, Google PlayYouTube üzərindən aldığınız filmlər artıq yenidən Movies Anywhere kolleksiyanızda görünəcək.
    Google Abruptly Ends Support For Movies Anywhere, Shattering Cross-Platform  Movie Ownership for Millions | Cord Cutters News
        Xatırladaq ki, Google Play və YouTube filmləri 31 oktyabr tarixindən etibarən Movies Anywhere-də əlçatan deyildi. Hazırda isə bu məhdudiyyət aradan qaldırılıb və filmlər yenidən hesabınıza sinxronlaşdırılır. Movies Anywhere-in dəstək səhifəsində bildirilir: “Google rəqəmsal pərakəndə satıcı kimi yenidən aktiv edilib. Google hesabınızı yenidən qoşun və Google üzərindən aldığınız filmlər avtomatik olaraq kolleksiyanıza əlavə olunacaq. Bu proses cəmi bir dəqiqə çəkir”.
        Bəzi istifadəçilər Movies Anywhere tərəfindən Google-un geri qayıtması ilə bağlı e-poçt da alıblar. Həmin məktubda Google hesabını yenidən qoşmaq üçün xüsusi düymə yer alır. Hazırda Google Play və YouTube Movies Anywhere-in rəsmi tərəfdaş siyahısında da görünür. Məsələ ilə bağlı nə Google, nə də Movies Anywhere platformasını idarə edən Disney hələlik rəsmi açıqlama verməyib.
    Paylaş