
OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
Digər
23.07.2024
Aslan
Samsung-da işləyərkən kritik OLED texnologiyalarını icazəsiz əldə edərək Çinə satdığı aşkarlanan mühəndis, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
OLED displey, texnologiya sektorunda mühüm rəqabət sahəsinə çevrilib. Təbii ki, texnologiya transferi və ya texnologiya oğurluğu da bu sahədə əhəmiyyətli üstünlüklər verə bilər. Çin, bu mövzuda yazılı qaydalara əməl etmək istəmir. Samsung-da işləyərkən 2018-2020-ci illər arasında OLED texnologiyalarını gizli şəkildə Çin şirkətlərinə satdığı aşkarlanan mühəndis, həbsə məhkum edilib. Samsung-dan ayrıldıqdan sonra öz ekran şirkətini quran mühəndisin bu şirkət vasitəsilə Çinə 24.5 milyon dollarlıq texnologiya ötürdüyü bildirilir.

Mühəndis, ötən ilin oktyabrından bu yana həbsdə idi. Məhkəmə bəyan edib ki, dövlət sirrinin oğurlanmasına görə, uzun müddətli həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həmin şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, həmin şəxsə kömək etdiyi aşkarlanan 5 Samsung işçisi də müxtəlif həbs cəzalarına məhkum edilib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
