main-post-cover

    Yaradıcılığı qeyd etmək üçün bu il yenidən “Cannes Lions”dayıq!

    Digər
    18.06.2024
    Sabina Rustamli

    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”ndan yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.

        “Kann Beynəlxalq Yaradıcılıq Festivalı” dünyanın dörd bir yanından gənc istedadlara, yaradıcılara və sənaye liderlərinə 71-ci dəfə qapılarını açdı. 5 gün davam edəcək festivalın ilk mükafatlandırma mərasimində isə “Health & Wellness”, “Outdoor”, “Pharma”, “Print & Publishing” və “Radio & Audio Lions” kateqoriyaları üzrə mükafatlar öz qaliblərini tapdı. Bunlarla yanaşı, “Lions Health” və “United Nations Foundation” tərəfindən “Grand Prix for Good” mükafatı da təqdim edildi.
        Gəlin festivalın ilk qalib şirləri ilə tanış olaq. 2053 “entry” alan və 57 “Şir” ilə nəticələnən “Outdoor” kateqoriyasındakı işlər 10 qızıl, 18 gümüş və 27 bürünc mükafatla təltif olundu. Kateqoriyanın əsas mükafatını — “Grand Prix”ni isə iki iş birdən qazandı. Bunlardan birincisi “Magnum” dondurmalarının “Find Your Summer” adlı layihəsi oldu. Layihə İspaniyanın “LOLA Mullenlowe” agentliyi tərəfindən həyata keçirilmişdi.
    Kateqoriyanın ikinci qran-prisini isə “Pedigree”nin süni intellekti də əhatə edən “Adoptable by Pedigree” posterləri evə apardı. Bu şirin və məsuliyyətli işin müəllifi isə Yeni Zellandiyanın “Colenso BBDO” agentliyidir.
        Bu il 734 “entry” qəbul edən “Print & Publishing Lions” kateqoriyasında cəmi 21 mükafat (4 qızıl, 3 gümüş və 13 bürünc) təqdim edildi. Kateqoriyanın qran-pri mükafatını isə “Coca-Cola”nın artıq bir çoxumuza tanış olan “Recycle Me” kampaniyası qazandı. Layihənin arxasında isə ABŞ-nin “Ogilvy” agentliyi dayanır.
         Yaradıcılığın səsinə səs verən “Audio & Radio Lions” kateqoriyasına keçirik. Burada bizi 759 “entry” və 4-ü qızıl, 6-ı gümüş, 12-i bürüncü olmaqla, 23 “Şir” qarşılayır. Bu kateqoriya üzrə gecənin qalibi isə “Golin” agentliyi tərəfindən “Specsavers” üçün hazırlanmış “The Misheard Version” layihəsi oldu.
        “Health & Wellness” kateqoriyasında qran-pri mükafatını “FCB Chicago” agentliyi tərəfindən “Dramamine” üçün hazırlanmış “The Last Barf Bag” qazandı. Kateqoriya ümumilikdə 1252 “entry” qəbul etdi və 38 “Şir” ilə (5 qızıl, 14 gümüş və 18 bürünc) nəticələndi.
        232 “entry” daxil olan “Pharma” kateqoriyası 7 mükafatla nəticələndi: 1 qızıl, 2 gümüş və 3 bürünc Jüri kateqoriyanın qran-pri mükafatını isə “Siemens Healthineers” şirkətinin “Magnetic Stories” kampaniyasına təqdim etdi. Qeyd edək ki, kampaniya Nyu-Yorkda yerləşən “Area 23” agentliyi tərəfindən hazırlanıb. Beləcə, ABŞ bu gecə 3 qran-pri qazandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "Gənc və bacarıqlı şirlər"in səbirsizliklə gözlədiyi "Young Lions Azerbaijan 2024" yenidən odlar yurdunda!
    genc-ve-bacariqli-sirlerin-sebirsizlikle-gozlediyi-young-lions-azerbaijan-2024-yeniden-odlar-yurdunda
    'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı son mükafat təqdimatı ilə başa çatdı!
    cannes-lions-beynelxalq-yaradiciliq-festivali-son-mukafat-teqdimati-ile-basa-catdi
    “Kann Şir”ləri öz sahiblərini tapmağa davam edir
    kann-sir-leri-oz-sahiblerini-tapmaga-davam-edir
    'Cannes Lions'da ilk qaliblər, 1 gündə 2 'Grand Prix'ni sahiblənənlər, ölkələrinə ilk 'Şir'i aparanlar!
    cannes-lions-da-ilk-qalibler-1-gunde-2-grand-prix-ni-sahiblenenler-olkelerine-ilk-sir-i-aparanlar
    Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işləri məlum oldu
    cannes-lions-da-innovasiya-mobil-radio-ve-audio-kateqoriyalarinin-en-yaxsi-isleri-melum-oldu