Logo
    main-post-cover

    Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu

    e-ticaret
    20.08.2020
        2018-ci ilin avqust ayında Apple şirkətinin bazar dəyəri 1 trilyon dollar təşkil etmişdi. Dünən isə şirkətin bazar dəyəri NASDAQ birjasında 2 trilyon dollar təşkil edib. ABŞ-ın ictimai şirkətləri sırasında bu cür göstəricini əldə etmiş ilk şirkət məhz Apple oldu. Bu barədə Vc.ru saytı xəbər verib. Dünən şirkətin səhmlərinin qiyməti 1.14% yüksələrək 467.51$ təşkil edib.
        CNBC-nin verdiyi məlumata əsasən bu ilin əvvəlindən şirkətin səhmləri 59.24% bahalaşıb. Keçən ilin iyun ayında şirkətin bazar dəyəri 1.5 trilyon dollara çatmışdı. Qeyd etmək lazımdır ki, 1 trilyon dollarlıq bazar dəyəri göstəricisini həmçinin Amazon, Microsoft Alphabet şirkətləri də əldə ediblər. Məlumata əsasən Apple şirkətinin səhmlərinin bahalaşması onun məhsullarına olan stabil tələbat ilə bağlıdır. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu | Technote