main-post-cover

    BS/2 Bakıda maliyyə analitikası üçün yeni alətlər təqdim etdi

    e-ticaret
    02.11.2023
    Farid Pardashunas
       1-2 Noyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Bankçılıq Formunda Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən BS/2 şirkəti yeni maliyyə alətlərinin təqdimatını həyata keçirib. İllərdir Azərbaycanda bank sisteminin həlləri üzrə əsas təminatçı şirkətlərdən biri olan BS/2 sərgi çərçivəsində ATM həllərindən, bu həllərin idarə olunması və nəzarətinə fokuslanan proqram təminatının nümayişinə əsas diqqətini ayırıb. BS/2 mərkəzi Litvada yerləşən beynəlxalq İT həlləri təqdim edən şirkətdir və Azərbaycanda əsas müştəriləri banklardır. Onlar banklar üçün ATM zəncirlərinin formalaşdırılmasının və ATM-lərin idarə olunmasının eyni zamanda bir çox maliyyə alətləri ilə işləməyə imkan yaradan proqram təminatı həllərinin əsas təminatçısıdırlar.
       VII dəfə təşkil olunan Beynəlxalq Bankçılıq Forumunda BS/2 DS Center.iQ, ATMeye.iQ, Cash Management.iQ, Payments.iQ kimi maliyyə alətlərini təqdim edib. Bu alətlər şirkət tərəfindən yaradılan unikal proqram təminatlarıdır ki, banklar birbaşa öz ATM zəncirlərində olan maşınların vəziyyətinə nəzarət edə, onların nə qədər rentabelli olduqlarını yoxlaya, təhlükəsizliyinə nəzarət edə və bütün bunların cəmini vahid platformadan idarə edə bilərlər. Şirkət tədbirdə eyni zamanda böyük bir stend ilə təmsil olunub. Həmin paneldə şirkətin ən son proqram təminatları və müştəriləri üçün təmin etdikləri ən son texnologiyaya sahib olan ATM-ləri göstərilib. Tədbirdə ən çox maraq görən stendlərdən biri kimi, ATM-lərdə təqdim olunan üzün biometrik skanı ilə kartsız nağdlaşdırma, QR kod ilə ATM menyusunun smartfon ekranına daşınması, identifikasiya ilə valyuta dəyişmə əməliyyatları, QR kod ilə nağdlaşdırma kimi imkanları xüsusi diqqət çəkib. 
    Təqdim olunan texnologiyaların bəzilərinin açıqlamasını sizlər üçün təqdim edirik:
         ATMeye.iQ - ATM-lərdə mübahisəli hallara nəzarət sistemi - Bəzən elə olur ki, müştəri bankomata yaxınlaşır və ATM ona lazım olan məbləği vermir və ya müştəri pulun düzgün olmamasından banka şikayət edir. BS/2 şirkətinin yaratdığı ATMeye.iQ məhz bu mübahisəli məqamları aşkara çıxarmaq üçün lazım olan həlldir. Bank bu həll ilə birbaşa ATM-in məlumatlarına nəzarət edir. Kameraların qeydə aldığı görüntülərlə tanış olur, bir hissəsi gizlədilmiş kart nömrəsi (təhlükəsizlik səbəbindən tam kart məlumatı göstərilmir), müştəri məlumatları kimi informasiyalara baxıb, real zaman aralığında nəzarəti təmin edə bilir. Bu həll müştəri ilə ATM arasında baş verən mübahisəli və problemli məsələləri aradan qaldırmağa kömək edir.
         Payments.iQ - ödənişlərin qəbulu, kommunal ödənişlər, vergi və cərimə ödənişləri, istənilən növ elektron xidmətlərin (biletlər, əlavə kodlar, çeklər və s.) satışı və özünəxidmət cihazları vasitəsilə pul köçürmələrinin təşkili üçün nəzərdə tutulmuş proqram platformasıdır. Habelə pərakəndə bank fəaliyyətinin avtomatlaşdırılması, bankomat şəbəkələrinin və çoxfunksiyalı ödəniş terminallarının idarə edilməsi üçün yararlıdır. Beləliklə, Payments.iQ həlli ayrıca terminalı avtomatlaşdırılmış xidmət ödəniş məntəqəsinə çevirməyə imkan verir.
        Həll bankların, ticarət şirkətlərinin və digər müəssisələrin əməliyyat metodlarını pozmadan terminal avadanlıqları şəbəkələrinə inteqrasiya olunur. Payments.iQ istənilən özünəxidmət bank cihazlarında (bankomatlar, ödəniş köşkləri və s.) ödənişləri qəbul etməyə imkan verir, platforma həmçinin ödəniş əməliyyatlarının real vaxt rejimində monitorinqi və idarə olunması üçün geniş imkanlar təqdim edir. Bu sistem bankalara imkan yaradır ki, şəbəkəsində olan bütün ATM-lərə vahid nəzarəti təmin etsin. Hansı ATM-də nə qədər pul var, hansı ATM-ə nə qədər vəsait lazımdır, çek səviyyəsi və ya ödəniş terminalının doluluq göstəricisi - bütün bunlar adıçəkilən vahid sistem ilə nəzarətdədir. Eyni zamanda bu sistem ATM-lərdə olan xətaları, əməliyyatları izləməyə imkan yaradır.
         
      Cash Management.iQ - yeni təqdim olunan bu alət isə nağd vəsaitlərin idarəsi üçün nəzərdə tutulub. Bu alət kassirlərin yenidən hesabladıqları nominalların və doldurulmuş inkassator kasetlərinin sayı və məbləği nəzərə alınmaqla onların işi haqqında ətraflı məlumatı təqdim edir. Bu məlumatlara əsaslanaraq, bank səmərəli fəaliyyətini təmin etmək üçün tələb olunan işçi sayı da daxil olmaqla resursları daha dəqiq planlaşdıra bilir. 
         DS Center.iQ - Bu sistem qərar qəbuluna dəstək sistemidir. İmkan verir ki, bank zəncirinə daxil olan bütün maşınların səmərəliyini və effektivliyini dəyərləndirsin. Hansı pul qəbul edən maşın və ya ATM nə qədər effektiv çalışır? Xərclərə, gəlirlərə nəzarət bu proqram təminatı ilə tələb olunur. Proqramın verdiyi analiz və nəticələr imkan verir ki, bank obyekti barəsində qərar qəbul etsin. Bəlkə həmin ATM-i və ya pul qəbul edən maşını oradan götürmək lazımdır?
         BS/2 şirkətinin məhsulların inkişaf şöbəsinin rəhbəri Sergey Krayko-nun "technote.az"a verdiyi açıqlama aşağıdakı məqamlara diqqət çəkib:
         “Biz maliyyə təşkilatlarının rəhbərlərinə cihazların real mövcudluğu və nasazlıqlar nəticəsində itirilmiş mənfəətin həcmini nəzərə alaraq, onların səmərəliliyi barədə tez qərar qəbul etməyə imkan verən yeni funksionallıq nümayiş etdiririk. Biz həmçinin istifadəçinin mobil telefondan istifadə edərək bankomatla qarşılıqlı əlaqəsinə innovativ yanaşmanı göstərik. Bu, istifadəçilərə rahatlığın yeni səviyyəsini gətirməklə yanaşı, sensor ekranı olmayan cihazlarda ödəniş və köçürmələr üçün məlumatların daxil edilməsi və ya fiziki məhdudiyyətli insanların ATM istifadə etməsi kimi problemləri həll edir”
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər