
İstifadəçilər artıq yemək sifarişlərini Amazon üzərindən edə biləcəklər
Artıq yeməklərinizi də Amazondan sifariş edə bilərsiniz.
Artıq
Amazon yeni alış-veriş növü təklif etməyi düşünür. 1994-cü ildə ABŞ-da Seatlle
bölgəsində online kitab satışı ilə başlayan Amazon artıq dünyada online ticarət
üzrə ilk sıralarda yer almaqdadır. Zamanla ticarət mühitini genişləndirən şirkət
müxtəlif xidmətlər təklif etməkdədir. İndi isə artıq Amazon yeni çatdırılma xidməti
ilə istifadəçilərini sevindirməyi hədəfləyir. Amazon artıq yemək sifarişləri
almağa hazırlaşır. İlk olaraq bu xidmətin Londonda baş tutacağı təxmin edilir. Çatdıma
xidmətinin pulsuz olacağı bildirilir. Amazonun bu xidmətə görə gəlirini isə
sifarişi təmin edən şirkətlər, yəni restoranlar təmin edəcək. Belə ki,
sifarişçinin ödədiyi pulun yüzdə 27.5%-i Amazonun payına düşəcək. Qeyd edək ki,
2015-ci il iqtisadi gəlirlərinə görə Amazonun yaradıcısı Jeff Bezos,
Bloombergin "Milyaderlərin Siyahısı”-da 16-cı yerdən 4-cü yerə yüksəlməyə nail
ola bilmişdir.
Paylaş
Bənzər xəbərlər