Onlayn alış verişdən necə qazanım?

11.06.2017 0 PAYLAŞIM 276 OXUNMA

Əgər siz bu məqaləni tapıb oxuyursunuzsa, deməli siz də mənim kimi, internetdən tez-tez nə isə sifariş edirsiniz. Bu məqaləmdə mən sizlərə internet alış-verişi zamanı puluma necə qənaət etdiyim barədə bəhs etmək istəyirəm. Əvvəllər düzü buna o qədər də əhəmiyyət verməsəm də, sonradan başa düşdüm ki, qənaət etmək və hətta qazanmaq da olar. Ona görə də sizlərə özümün də istifadə etdiyim 3 onlayn xidmət barədə bəhs etmək istəyirəm.

1. Ebates – siyahımı ilk olaraq məhz bu xidmətlə açmağıma səbəb odur ki, bu xidmət vasitəsilə siz Amazon, Ebay, Aliexpress və daha yüzlərlə saytlardan alış-veriş edərkən Cashback qazana bilərsiniz.  Bu necə baş verir soruşursunuzsa, cavab çox sadədir. Əksər onlayn mağazaların “affiliate” proqramları var. Bizim dildə desək, tövsiyyə proqramı, yəni siz kimlərisə, hər hansı bir onlayn mağazadan alış-veriş etməyi yönləndirsəniz, həmin mağaza sizə etdiyi satışın müəyyən faizini ödəmiş olur. Ebates minlərlə onlayn mağazalar ilə əməkdaşlıq edərək, həmin tövsiyyə haqqlarının 50%-ni istifadəçilərinə cashback olaraq ödəyir. Nəticədə həm mağaza, həm ebates, həm də biz qazanmış oluruq. Ebates vasitəsilə qazanmaq üçün aşağıdakı addımlardan istifadə edin;

  • Təbii ilk olaraq ebates saytında qeydiyyatdan keçməyiniz lazımdır.
  • Alış etmək istədiyiniz onlayn mağazaya ebates.com saytı üzərindən klikləyərək keçməyiniz məsləhətdir. Çünki bütün mağazalar sizin kompyuterə öz cookie-lərini əlavə edirlər və əgər siz cashback qazanmaq istəyirsinizsə, bunu ebates üzərindən etməyiniz lazımdır ki, mağaza sizi məhz bu saytın tövsiyyəsi ilə gəldiyinizi anlayaraq cashback ödəsin.
  • Ancaq, əlavə olaraq onu da qeyd edim ki, Ebates-in brauzerlər üçün extension-ları da var ki, onu quraşdırıb aktivləşdirdikdən sonra, istənilən mağazaya girdikdə, ebates cashback varsa, onu avtomatik hesabalayacaq.
  • Bir-başa mağazaya getməmişdən öncə, ebates-də həmin mağaza üçün kupon olub olmadığını yoxlayın. Belə ki, bəzən sizin istədiyiniz mala həm kupon ilə endirim, həm də cashback qazana bilərsiniz ki, bununla da ikiqat qənaət etmiş olarsınız.
  • ABŞ-da yaşayırsınızsa, ebates-in yalnız onlayn deyil, həm də offlayn partnyorlarında da cashback qazana bilərsiniz. Bunun üçün bank kartınızı ebates hesabınıza bağlayaraq, partnyor mağazalardan alış-veriş etdikdə cashback qazanmağa başlayın.
  • Kompyuterinizdə Adblocker istifadə edirsinizsə, Ebates üçün bu funksiyanı deaktiv etməyiniz məsləhətdir.
  • Çalışın alışı ebates-dən saytda keçdikdən sonra 24 saat ərzində həyata keçirəsiniz. Ümumilikdə əksər saytların cookiləri 30 gün ərzində aktiv olsalar da, Amazon kimi saytlarda bu 24 saat təşkil edir. Kiçik lifehack verim; əgər siz hər hansı bir mağazaya daxil olmusunuzsa, və sonradan cashback qazanmaq istəyirsinizsə, ehtiyyat üçün brauzerin yaddaşından bütün cookiləri silib, sayta yenidən daxil ola bilərsiniz.

Ebates vasitəsilə toplanmış cashback-ləri PayPal hesabına ala bilərsiniz. Təbii Paypal Azərbaycan üçün aktiv olmasa da, onun da öz yolları mövcuddur ki, bu barədə araşdırma aparsanız çoxsaylı məqalələr tapa bilərsiniz.

 

2. Alibonus.com – Aliexepress-dən tez-tez məhsul alırsınızsa, o zaman sizə ebates deyil, Alibonus-u tövsiyyə edirəm. Məsələ orasındadır ki, Ebates aliexpress alış-verişdən 4.5% cashback verdiyi halda, Alibonusda cashback 5.5% -dən başlayaraq daha çox alış-veriş etməniz nəticəsində 8.25%-dək arta bilir. Buna görə də Aliexpress shoppingi üçün Alibonus, ebates ilə müqayisədə daha gəlirli və qənaətcildir deyə bilərəm.

Aliexpress səhifəsi adi halda və Alibonus aktivləşdirildikdən sonra.

Alibonus-dan yararlanmaq üçün bu linkdən istifadə edərək qeydiyyatdan keçmək və brauzerinizə (Chrome, Opera, Firefox, Yandex) Alibonus extension quraşdıraraq, hesabınıza daxil olmağınız yetər. Bundan sonra, Aliexpress saytına girdiyinizdə bütün malların qarşısında satıcı və cashback haqqında ətraflı məlumat görə biləcəksiniz.

Mənim cashback-lərimin bir hissəsi

Qazanacağınız cashback miqdarı hesabınızda dərhal görünəcək, lakin məbləğ hesabınızda siz malı alaraq təsdiq etdikdən 2 həftə sonra hesabınıza yatırılacaq. Cashback məbləğini isə Webmoney, Yandex, PayPal vasitəsilə çıxara bilərsiniz. Əlavə olaraq alibonus-un referral proqramı vasitəsilə dostlarınızı da sistemə dəvət etsəniz, onların qazanacaqları cashback-in 20%-i qədər sizə əlavə bonus hesablanacaq.

 

3. Retailmenot – 50 mindən çox onlayn mağazadan 500 min endirim kuponu əldə etmək istəyirsinizsə, o zaman RMN sizin əvəzedilməz köməkçiniz olacaq. Daha əvvəl bəhs etdiyim sistemlərdən fərqli olaraq RMN cashback deyil, Kupon yönümlü bir platformadır. Sayt və mobil tətbiq vasitəsilə siz həm onlayn, həm də offlayn (əsasən ABŞ-da) təqdim edilən endirim kuponlarından istifadə edərək, külli miqdarda büdcənizə qənaət edə bilərsiniz.

Eyni zamanda, internetdən maraqlı kuponlar tapsanız, onları belə saytda paylaşa bilərsiniz ki, digər istifadəçilər yararlana bilsinlər. Retailmenot saytında cashback olsa da, limitlidir və azdır. Buna görə RMN-i kupon saytı kimi istifadə etmək daha məqsədyönlüdür.

 

BONUS!!! Yuxarıdakı sistemlərə əlavə olaraq, əgər siz Rusiya və Türkiyə saytlarından da alış-veriş edirsinizsə, oxşar bir iki layihəyə də keçid paylaşmaq istərdim. Rusiya üçün Kopikot.ru və Letyshops.ru – cashback sistemlərindən, Türkiyə üçün isə Avantajix və Lyoness Cashback World istifadə etməyi tövsiyyə edərdim.


Buy Bitcoins with Credit Card