main-post-cover

    Android 11-də kənar kamera tətbiqlərinin imkanları məhdudlaşdırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.08.2020
    Farid Pardashunas
        Google şirkəti Android 11-in ilkin versiyasına final dəyişiklikləri əlavə etməyə davam edir. Əməliyyat sisteminin beta versiya istifadəçiləri Android 11-də olacaq yeni funksiyanı aşkar ediblər. Həmin funksiya smartfon kameralarını əhatə edir. Görünür, yaxın zamanda mobil fotoqrafiya ilə məşğul olan istifadəçilər çəkiliş üçün tətbiq seçimində məhdudlaşdırılacaqlar. Bu barədə Androidheadlines saytı xəbər verib.
        Məlumata əsasən söhbət, kamera üçün standart tətbiq seçimindən gedir. Görünür, Google şirkəti müxtəlif tətbiqlərdən kameranın işə salınması zamanı kənar proqramların seçimini bilərəkdən deaktiv edib. Qrafik redaktorları misal gətirmək olar. Bununla belə yaxşı optimizasiya olunmamış təsvir emalı alqoritmlərinə sahib cihazlarda təsvirlərin keyfiyyətləri aşağı düşə bilər. Belə ki, əvvəllər bu proses kənar tətbiqlər vasitəsilə reallaşdırılırdı.
        Beləliklə Android 11-də kənar tətbiqlərin interfeyslərindən çəkiliş üçün nəzərdə tutulmuş bir çox əməliyyatlar standart kamera tətbiqində birləşdiriləcək və bu halda kənar tətbiqlərdən istifadə seçimi aradan qaldırılacaq. Lakin həmin tətbiqlərdən ayrıca istifadə etmək mümkün olacaq. Google təmsilçilərinin məlumatlarına əsasən bu cür qərar məcburi verilmiş qərardır. Belə ki, Google Play-də casusluq üçün nəzərdə tutulmuş bu cür kənar tətbiqlərin sayı çoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər