Logo
    main-post-cover

    Android 14 aktiv Taskbar bölməsini əldə edəcək

        Hal hazırda Android 13-də Taskbar-ı bir sürüşdürmə hərəkəti vasitəsilə bir neçə saniyəlik aktivləşdirmək olar. Lakin verilmiş yeni məlumata əsasən Android 14-ün kodunda Taskbar-ın davranışını dəyişəcək  yeni funksiya aşkar edilib. Aşkar edilmiş yeni funksiya Android 14-də Taskbar-ı Samsung-un OneUI istifadəçi interfeysindəki Taskbar-a bənzədəcək. Qeyd etmək lazımdır ki, Taskbar işə salınmış tətbiqlərə sürətli şəkildə keçid etmək, multitasking rejimindən istifadə etmək və ekranın iki hissəyə bölünməsi üçün lazımdır.
    Google Android 14
        Hal hazırda Android 13-də Taskbar aktivləşdiriləndən bir neçə saniyə sonra yoxa çıxır. Yeni məlumata əsasən isə Android 14-ün test versiyasında ENABLE_TASKBAR_PINNING adlı yeni özəllik aşkar edilib. Çox güman ki, bu özəllik Taskbar-ın ana ekranda bərkidilməsi üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya Android-in planşetlər üçün nəzərdə tutulmuş Android 12L adlı versiyasında istifadəyə verilmişdi. Gözləntilərə əsasən Android 14-də Taskbar-ın yeni özəlliyi Android 12L-dəki kimi çalışacaq. Yəni istifadəçi Taskbar-ın boş sahəsinə klikləyib saxlamaqla onun ana ekranda bərkidilməsi düyməsini aktivləşdirə biləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Android 14 aktiv Taskbar bölməsini əldə edəcək | Technote