
Android 14-də olacaq yeni funksiya bildirişlərlə bağlı vacib problemi aradan qaldıracaq
Əməliyyat sistemləri
15.08.2023
Emil
Ekranı tamamilə əhatə edən bildirişlər istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilərlər. Bu cür bildirişlərlə mübarizəyə Google şirkətinin özü də qatılıb. Belə ki, Android-in yeni versiyasında bu cür bildirişlərlə mübarizə aparmağa imkan verəcək faydalı funksiya istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, Android 14-də ayrı-ayrı tətbiqlərdən USE_FULL_SCREEN_INTENT icazəsinin geri götürülməsi imkanı reallaşdırılacaq.

Qeyd etmək lazımdır ki, Android vasitəsilə çalışan smartfonlarda bildirişlərin bütöv ekranda əks olunmalarından cavabdeh olan mexanizm məhz USE_FULL_SCREEN_INTENT-dir. Yaxın aylarda isə Google smartfona quraşdırılacaq bütün yeni tətbiqlər üçün bu mexanizmi avtomatik şəkildə deaktiv edəcək. Sözügedən dəyişikliklər bu ilin sonunda qüvvəyə minəcəklər. Funksiyanın daha əvvəlki Android versiyalarında aktiv olub-olmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər