
Android 14-də yeni faydalı funksiya aşkar edilib
Əməliyyat sistemləri
14.04.2023
Emil
Dünən Google şirkəti Android 14-ün adi istifadəçilər üçün nəzərdə tutulmuş ilk beta versiyasını istifadəyə verdi. İndi isə sözügedən əməliyyat sistemində faydalı bir funksiya aşkar edilib. Məlumatda qeyd edilib ki, əməliyyat sistemindəki yeni funksiya vasitəsilə istifadəçilər konkret tətbiqlərə tam ekranlı bildirişləri əks etdirməyi qadağan edə biləcəklər. Məsələn istifadəçi hansısa messencerə daxil olan zəng zamanı zəng interfeysini tam ekranda sərgiləməyi qadağan edə bilər. Bu halda bildirişlər ənənəvi şəkildə əks olunacaqlar.
Paylaş
Bənzər xəbərlər