
Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
Əməliyyat sistemləri
19.10.2023
Emil
İnsayderlər Android 14-də yeni funksiyanın aşkar etdiklərindən xəbər veriblər. Aşkar edilmiş yeni funksiya mobil cihazı xüsusi qorunan rejimə keçidini təmin edir. Çox güman ki, sözügedən funksiya smartfonun bu və ya digər səbəbdən servis mərkəzinə verilməsi halında faydalı olacaq. Əgər istifadəçi öz cihazındakı özəl məlumatlarının konfidensiallıqlarından narahatdırsa və əgər servis mərkəzi əməkdaşlarının həmin məlumatları əldə etmələrini istəmirsə, bu halda o, cihazını Repair mode adlı rejimə keçirə biləcək.

Bu halda heç bir kənar şəxs smartfondakı tətbiqlərə daxil ola və cihazdakı hər hansısa məlumatı əldə edə bilməyəcək. Məlumata əsasən smartfonun Repair mode rejiminə keçidindən sonra mobil cihaz PIN kod, qrafik açar və ya hər hansısa digər üsul vasitəsilə avtorizasiyanı tələb edəcək. Bu məlumatlar hətta cihazın yenidən işə salınması halında da təhlükəsiz yerdə yerləşirlər. Repair mode rejimindən çıxmaq üçün istifadəçi sadəcə olaraq daha öncə sadalanmış avtorizasiya üsullarından birini istifadə etməli olacaq. Sözügedən yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
