Logo
    main-post-cover

    Android 14-ə süni zəka vasitəsilə divar kağızlarının tərtibatı funksiyası əlavə edilib

        Android 14-ün stabil versiyasının istifadəyə verilməsi ilə Google şirkəti sözügedən əməliyyat sisteminə divar kağızlarının süni zəka vasitəsilə tərtib edilməsi funksiyasının əlavə edildiyini də elan edib. Qeyd etmək lazımdır ki, bu funksiya barəsində ilk məlumat hələ may ayında ortaya çıxmışdı. Həmin vaxtdan şirkət onu təkmilləşdirib. Google bu funksiya çərçivəsində fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş sorğu sahəsi əvəzinə vizual konstruktoru təklif edir. Süni zəka vasitəsilə divar kağızının tərtib edilməsi üçün ilk növbədə mövzunu seçmək lazımdır.
    Google
        Qeyd edilmiş nümunədə məsələn Dreamscape (nağıl mənzərəsi) adlı mövzu seçilib. Mövzunun seçilməsindən sonra sistem şablon üzrə sorğuların konstruksiyasını təklif edir. Yəni istifadəçi seçilmiş şablondakı obyekti və ya rəngi dəyişə bilər. Qeyd edilmiş nümunədə müəllif kosmik gəmini ev ilə əvəz edib və nəticədə kosmik mənzərə əvəzinə yer mənzərəsi alınıb. Android 14 çərçivəsində divar kağızlarının süni zəka vasitəsilə tərtibatı özəlliyi ilk növbədə yalnız Google Pixel 8 smartfonlarında aktiv olacaq.
    Paylaş
    Bənzər xəbərlər