
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası artıq gələn həftə istifadəyə verilə bilər
Əməliyyat sistemləri
25.10.2023
Emil
Samsung şirkəti artıq 1 aydır ki, Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini öz smartfonlarında test edir. Görünür, yeni istifadəçi interfeysinin beta test mərhələsi artıq yekunlaşmaq üzrədir. Verilmiş yeni məlumata əsasən Samsung öz yeni istifadəçi interfeysinin beta test mərhələsini bağlamağa hazırlaşır. Əgər hər şey yolunda getsə, Android 14 əsaslı OneUI 6.0-nın stabil versiyası artıq gələn həftə istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, yeni istifadəçi interfeysi ilk növbədə Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra smartfonlarında istifadəyə veriləcək. Daha sonra OneUI 6.0-nın stabil versiyasını Samsung-un qatlana bilən, orta büdcəli və büdcəli smartfonları əldə edəcəklər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
