Logo
    main-post-cover

    Android 14 hətta sönülü vəziyyətdə olan smartfonu tapmağa yardımçı olacaq

        İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Android 14-də yeni faydalı funksiya istifadəyə veriləcək və həmin funksiya itmiş smartfonun hətta sönülü olduğu halda da onu tapmağa imkan verəcək. Onlar sözügedən texnologiyanın çalışma prinsipi barəsində məlumatı təqdim ediblər. Məlumatda qeyd edilib ki, funksiyanın Pixel Power-Off Finder adını əldə etməsi onun ilk növbədə Pixel 8 smartfonlarında istifadəyə veriləcəyinə işarə edir.
        Gözləntilərə əsasən bu funksiya digər brendlərin smartfonlarında da aktiv olacaq. Beləliklə itmiş smartfonun axtarışı sözügedən funksiya vasitəsilıə Bluetooth üzərindən reallaşdırılacaq. Belə ki, Android 14-də smartfonun hətta sönülü olması halında da onun Bluetooth moduluna enerjinin ötürülməsi imkanı mövcud olacaq. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya iPhone 11-dən başlayaraq Apple smartfonlarında və Samsung-un Galaxy SmartTag trekerlərində istifadə edilir.
    Paylaş
    Bənzər xəbərlər