
Android 14 kənar mənbələrdən yenilənmə zamanı istifadəçilərə xəbərdarlıq bildirəcək
Əməliyyat sistemləri
18.07.2023
Emil
İnsayderlər istifadəçiləri Android 14-də gözləyən daha bir yeni funksiya barəsində məlumat veriblər. Belə ki, Android 14 çərçivəsində istifadəçilər əməliyyat sisteminin vacib elementlərini kənar mənbələr vasitəsilə yeniləmək istədikləri zaman onlar xəbərdarlıq ilə qarşılaşacaqlar. İstifadəçilərə təqdim ediləcək xəbərdarlıq onları əməliyyat sistemində ola biləcək mümkün problemlərdən qorumaq üçün nəzərdə tutulacaq.
İnsayderlərdən biri Android 14-ün beta versiyası çərçivəsində Google Play Services tətbiqini Google Play üzərindən deyil, APK fayl vasitəsilə yeniləmək istəyən zaman sistem tərəfindən təqdim edilmiş xəbərdarlıq ilə qarşılaşıb. Təqdim edilmiş xəbərdarlıqda tətbiqdəki funksionallığın dəyişmiş ola biləcəyi qeyd edilib. “Bu tətbiq adətən Google Play üzərindən yenilənir. Kənar mənbələr vasitəsilə yenilənmə halında da siz gələcək yenilənmələri digər mənbələr üzərindən öz cihazınız üçün əldə edə biləcəksiniz. Tətbiqin funksionallığı dəyişmiş ola bilər” - deyə xəbərdarlıqda qeyd edilib.
Paylaş
Bənzər xəbərlər