main-post-cover

    Android 14 smartfon batareyası barəsində daha ətraflı məlumatı əldə etməyə imkan verəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.06.2023
    Emil Nəcəfov
        İnsayderlər Android 14-ün beta versiyalarını analiz edərək yeni funksiyaları aşkar etməyə davam edirlər. Bu dəfə onlar Android 14 Beta 2-də BatteryManager adlı yeni API aşkar ediblər. Sözügedən API smartfonun batareyası barəsində daha çox məlumatı əldə etməyə imkan verəcək. Məsələn istifadəçi smartfonu işlətməyə başladığı müddəti öyrənə biləcək. Gözləntilərə əsasən sözügedən funksiya sayəsində əməliyyat sistemində smartfon batareyasının göstəriciləri əks olunacaq.
        Bu cür göstəricilərə misal olaraq batareyanın neçə dövr ərzində şarj olunduğunu və enerjisini itirdiyini, smartfondan ilk dəfə nə zaman istifadə edildiyinə başlandığını, enerji miqdarını və s. gətirmək olar. Hal hazırda istifadəçiyə açıq şəkildə sərgilənən məlumatlar arasında batareyanın neçə dövr ərzində şarj olunduğunu/enerjisini itirdiyi və enerji miqdarı var. Digər məlumatlar isə yalnız sistem tərəfindən istifadə edilir.
    Linki kopyala