
Android 14-ün adi istifadəçilər üçün nəzərdə tutulmuş ilk beta versiyası təqdim edilib
Əməliyyat sistemləri
13.04.2023
Emil
Google şirkəti Android 14-ün adi istifadəçilər üçün nəzərdə tutulmuş ilk beta versiyasını təqdim edib. Təqdim edilmiş ilk beta versiya özündə istifadəçilərin əməliyyat sistemi ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirən faydalı funksiyaları birləşdirir. Beləliklə əməliyyat sisteminin interfeysində geridönüş ikonu daha görünən şəkildə reallaşdırılıb və o, smartfon ekranındakı tema və ya fotonun rəng tərzində əks olunur. “Share” düyməsinin menyusunda da bəzi dəyişikliklər reallaşdırılıb. Bundan sonra tərtibatçılar həmin menyuya öz məhsulları ilə əlaqə mövzusunda əlavə elementlər daxil edə bilərlər.
Android 14-də reallaşdırılmış daha bir yenilik tətbiqlərə xüsusi imkanlar xidmətinin konfidensial məlumatlardan istifadə etməsini məhdudlaşdırmağa imkan verir. Bu isə öz növbəsində məlumat sızıntıları hallarının qarşısını alır. Şirkət yeni əməliyyat sisteminin enerji effektivliyini də yaxşılaşdırıb və onun qatlana bilən cihazlar üçün interfeysini optimizasiya edib. Digər bir vacib yenilik isə ondan ibarətdir ki, Android 14-ə genişləndirilmiş dil ayarları əlavə edilib. Beləliklə Android 14 hər bir tətbiqin interfeysi üçün müxtəlif dili təyin etməyə imkan verəcək.
Paylaş
Bənzər xəbərlər