
Android 14-ün stabil versiyası müəyyən müddətlik təxirə salınıb
Əməliyyat sistemləri
06.09.2023
Google artıq neçə aydır ki, Android 14-ü test edir. Yeni əməliyyat sisteminin stabil versiyasının bu ayın əvvəlində istifadəyə veriləcəyi gözlənilirdi. Görünür, şirkət Android 14-ün stabil versiyasını müəyyən müddətlik təxirə salıb. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət Android 14-ün stabil versiyasını Pixel 8 smartfon seriyasının təqdimatı zamanı istifadəyə verəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasının təqdimatı 4 oktyabr tarixində baş tutacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...