
Android 14-ün tərtibatçılar üçün 3-ü beta versiyası təqdim edilib
Əməliyyat sistemləri
08.06.2023
Emil
Google şirkəti Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş 3-cü beta versiyasını təqdim edib. Yeni beta versiyada reallaşdırılmış yeniliklər əsasən smartfonda bloklanmış ekranın və divar kağızlarının ayarlanmasını əhatə edirlər. Bloklanmış ekranın ayarlarında saatın hansı tərzdə əks olunmasını əhatə edən özəlliklər istifadəyə verilib.

İstifadəçi saatın rəngini, parlaqlıq səviyyəsini və şriftlərinin ölçülərini təyin edə biləcək. Bununla yanaşı bloklanmış ekranın aşağı sol və sağ hissəsinə səssiz rejim, portmanat, kamera, fənər, QR kodların skaneri, videozəng və s. etiketləri əlavə etmək mümkün olacaq. Əməliyyat sisteminin yeni beta versiyasında divar kağızlarının ayarlanması imkanı reallaşdırılıb. Bundan sonra istifadəçilər öz fotolarına Cinematic Wallpaper effektini tətbiq edə biləcəklər.

Bu effekti süni zəka alqoritmlərindən istifadə edərək fotonun ön planındakı obyekti avtomatik olaraq fotodan ayırır və fondan ayrı şəkildə hərəkət etdirir. Daha bir yenilik Emoji Wallpaper adlanır. Bu, emojilər əsasında fotoların konstruktorudur. Digər bir yenilik isə süni zəka vasitəsilə divar kağızlarının tərtib edilməsidir. Bu funksiya çərçivəsində süni zəka alqoritmi istifadəçinin mətn formatındakı təsvirləri əsasında fotoları tərtib edə bilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
