Android-də şifrəsiz autentifikasiya funksiyası istifadəyə verilib

Android-də şifrəsiz autentifikasiya funksiyası istifadəyə verilib

Əməliyyat sistemləri
13.10.2022 PAYLAŞIM

    Google şirkəti Android platforması və Chrome brauzeri üçün şifrəsiz autentifikasiya funksiyasını istifadəyə verib. Sözügedən funksiya cihazlara və saytlardakı istifadəçi hesablarına giriş üçün ənənəvi login-şifrə kombinasiyasını əvəz etmək və istifadəçiləri çoxlu sayda qəliz şifrələri yadda saxlamaq öhdəliyindən azad etmək üçün nəzərdə tutulub. Google şirkətinin yeni autentifikasiya standartı Android cihazlarda qorunan giriş açarlarını yaratmağa və daha sonra həmin açarları Google Password Manager vasitəsilə təhlükəsiz şəkildə sinxronlaşdırmağa imkan verir.


    Bunun üçün istifadəçi sadəcə olaraq öz istifadəçi hesabı barəsindəki məlumatı təsdiqləməlidir. Bunu edəndən sonra istifadəçi bu və ya digər cihazda və saytda girişi reallaşdıran zaman ənənəvi şifrənin daxil edilməsi əvəzinə barmaq izi və ya üz tanıma skanından istifadə etməli olacaq. İstifadəçi bir cihazda yaratmış olduğu giriş açarını həmçinin digər cihazında da istifadə edə bilər. Məsələn istifadəçi Mac kompüterində Safari brauzeri üzərindən hər hansısa sayta Android smartfondakı QR kodun təsdiqlənməsi vasitəsilə daxil olduğu halda o həmçinin eyni prosesi Chrome brauzeri üzərindən iOS cihazda saxlanılan şifrə vasitəsilə reallaşdıra bilər.

    İlk öncə yeni autentifikasiya standartından Chrome Canary Google Play-in beta versiyasının istifadəçiləri yararlana biləcəklər. Yaxın zamanda isə bu autentifikasiya standartı digər platformalara inteqrasiya ediləcək. Google şirkətinin verdiyi məlumata əsasən yaradılan bütün giriş açarları etibarlı şəkildə rezerv olunur və Google Password Manager ilə sinxronlaşdırılır. Bu isə öz növbəsində giriş açarlarının yerləşdikləri aktiv cihazın oğurlandığı və ya itdiyi halda vacib platformalara girişin itirilməsinin qarşısını alır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS 17 barəsində ilk məlumatlar təqdim edilib

İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər..


Android 14-də köhnəlmiş tətbiqlərin quraşdırılması bloklanacaq

Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edili..


Apple Music, TV və Devices tətbiqləri Windows 11-də istifadəyə verilib

Windows 11-də Apple şirkətinin bəzi tətbiqlərinin test versiyaları istifadəyə verilib.


Google Chrome brauzerinin Android versiyası çox faydalı yeni funksiya əldə edib..

Google Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına Instance Switcher adlı yeni funk..


Windows 7 və Windows 8,1 üçün son rəsmi yenilənmələr təqdim edilib

Microsoft Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim etdi...


Apple iOS istifadəçilərinə tətbiqləri kənar resurslardan yükləməyə icazə verəcək..

Bir neçə aydan sonra Avropa Birliyində yeni antimonopoliya qanunu qüvvəyə minə bilər.

×