Logo
    main-post-cover

    Android-dəki interfeysin dinamik dəyişməsi funksiyası Chrome brauzerinə inteqrasiya edilib

    Əməliyyat sistemləri
    15.11.2022
    Emil
        Android 13-də interfeysin dinamik şəkildə dəyişməsini mümkün edən Material You adlı funksiya Google Chrome brauzerinin kompüterlər üçün nəzərdə tutulmuş versiyasına inteqrasiya edilib. Bu yeni funksiya Chrome brauzerini istifadəçi üçün daha personallaşdırılmış edir və istifadəçinin üstünlük verdiyi dizaynlara cavab verir. Chrome-da istifadəyə verilmiş bu yeniliyi Reddit istifadəçilərindən biri aşkar edib. Funksiya hələ ki, Chrome Canary 110-da test versiyasında mövcuddur. Onu aktivləşdirmək üçün Chrome Canary-də chrome://flags/#customize-chrome-color-extraction keçidini reallaşdırmaq lazımdır.
    Google Chrome
        Funksiyanın aktivləşdirilməsi halında brauzerin interfeys rəngi ana səhifədə təyin edilmiş temanın rənginə boyanır. Bundan əlavə olaraq chrome://flags/#ntp-comprehensive-theming funksiyasnı aktivləşdirmək olar. Bu funksiya öz növbəsində yeni qovluqdakı səhifəyə əlavə rəng elementlərini əlavə edir. Çox güman ki, interfeysin dinamik dəyişməsi imkanını verən Material You funksiyası Chrome brauzerinin 110 nömrəli stabil versiyasına əlavə ediləcək. Sözügedən versiya isə gələn ilin fevral ayında təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər