main-post-cover

    Android-in müxtəlif versiyalarının istifadəçilər arasında məşhurluq statiskaları təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.06.2023
    Emil Nəcəfov
        Keçən həftə Apple şirkəti iOS-in son versiyalarının istifadəçilər arasında statistikalarını təqdim etmişdi. İndi isə ona bənzər statistikanı Google şirkəti Android ilə bağlı təqdim edib. Daha öncə düşünüldüyü kimi cihazların son Android-ə keçid statistikası heç də yaxşı deyil. Hal hazırda aktual olan Android 13 isə ümumiyyətlə heç ilk üçlüyə daxil olmayıb. Beləliklə bu ilin 30 may tarixinə olan statistikasına əsasən istifadəçilər arasında Android-in ən məşhur versiyası 2020-ci ildə istifadəyə verilmiş Android 11-dir.
        Belliklə bütün Android cihazların 23.1%-i məhz sözügedən əməliyyat sistemi vasitəsilə çalışır. Aprel ayında Android 11-in mobil əməliyyat sistemləri bazarındakı payı 23.5% təşkil edirdi. İkinci yerdə Android 10 qərarlaşıb. Bütün Android cihazların 17.8%-i bu əməliyyat sistemi vasitəsilə çalışır. Aprel ayında isə onun bazardakı payı 18.5% təşkil etmişdi. Üçüncü yeri Android 12 tutub. Android 12 bazarın 16.3% payına sahibdir və aprel ayında bu göstərici 16.5% idi. Hal hazırda aktual olan Android 13 bazarın 14.7%-nə sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, aprel ayında Android 13-ün bazardakı payı 12.1% təşkil etmişdi.
    Linki kopyala