
Android-in uzunmüddətli dəstəyi: Google şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağlayıb
Əməliyyat sistemləri
17.12.2020
Emil
Android vasitəsilə çalışan smartfonların dəstək müddətini uzatmaq üçün Google şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə bundan sonra yeni Snapdragon prosessorunu əldə edəcək smartfonlar Android-in 4 versiyasını və 4 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. İki şirkət arasında bağlanmış əməkdaşlıq müqaviləsi hələki Snapdragon 888 prosessorunu əhatə edir.
Bu isə o deməkdir ki, gələn il bu prosessora və Android 11-ə sahib olacaq flaqman smartfonlar növbəti illərdə Android 12-ni, Android 13-ü və Android 14-ü əldə edəcəklər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 prosessoruna sahib olan smartfonlar yalnız Android 12 ilə Android 13-ü əldə edəcəklər. Növbəti mərhələdə 4 illik dəstək müddəti həmçinin daha ucuz smartfonlarda reallaşdırılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
