main-post-cover

    Android istifadəçiləri nəyə görə aktiv şəkildə iOS-ə keçid edirlər?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.06.2023
    Emil Nəcəfov
        Consumer Intelligence Research Partners (CIRP) analitik şirkətinin bir neçə həftə bundan öncə təqdim etmiş olduğu hesabatda qeyd edilmişdi ki, Android-dən iOS-ə keçid etmiş istifadəçilərin sayı 2018-ci ildən rekord həddə çatıb. İndi isə həmin şirkət Android istifadəçilərinin hansı səbəblərə görə iOS-ə keçid etdikləri barəsində məlumat verib. Beləliklə məlumatda qeyd edilib ki, daha öncə Android-dən istifadə edib daha sonra iOS-ə keçid etmiş istifadəçilərin 53%-i bildirib ki, əsas səbəb onların əvvəlki cihazlarında müəyyən problemlər olmasıdır.
        Belə ki, onların daha öncə istifadə etmiş olduqları Android cihazlarda olmuş müəyyən mənfi özəlliklər istifadəçi təcrübəsinə təsir göstərib. Sözügedən problemlər arasında şəbəkə nasazlıqları, cihazın daha az müddət ərzində çalışması, müxtəlif texniki nasazlıqlar və s. ola bilərlər. Android-dən iOS-ə keçid etmiş istifadəçilərin 26%-i isə qeyd edib ki, onlar smartfondan sadəcə olaraq tamamilə yeni istifadəçi təcrübəsi əldə etmək istəyiblər. İstifadəçilərin 15%-i qeyd edib ki, eyni imkanlara sahib Android smartfonun əldə edilməsi iPhone-nun əldə edilməsindən daha baha başa gəlir.
    Linki kopyala