
Android KitKat-ın dəstəyi rəsmi şəkildə dayandırılıb
Əməliyyat sistemləri
25.07.2023
Emil
Google şirkəti artıq köhnəlmiş Android 4.4 KitKat əməliyyat sistemi üçün Google Play servislərinin dəstəklərinin dayandırıldığını elan edib. Bu barədə məlumat şirkətin bloqunda qeyd edilib. Bununla yanaşı Google sözügedən əməliyyat sisteminin dəstəyinin nəyə görə dayandırıldığını açıqlayıb. Google təmsilçisinin sözlərinə əsasən Android 4.4 KitKat-dan sonra şirkət Android-in növbəti versiyalarında bir çox yenilənməni işə saldı.
Köhnə əməliyyat sistemi vasitəsilə çalışan aktiv cihazların sayı isə o qədər də çox deyil. Bu səbəbdən də onun dəstəyini davam etdirmək məqsədəuyğun deyil. Qeyd etmək lazımdır ki, Android 4.4 KitKat təqribi olaraq 10 il bundan öncə istifadəyə verilmişdi. Həmin ərəfədə Android 4.4 KitKat-ı ilk əldə etmiş smartfon Google Nexus 5 olmuşdu. Bu aya olan statistikaya əsasən sözügedən əməliyyat sistemi vasitəsilə çalışan aktiv cihazların sayı 1%-dən azdır. Belə ki, istifadəçilərin çoxu əsasən öz cihazlarını Android-in son versiyalarına kimi yeniləyirlər.
Paylaş
Bənzər xəbərlər