
Android nadir istifadə edilən tətbiqlərin həcmlərini kiçiltmək funksiyasını əldə edib
Əməliyyat sistemləri
11.04.2023
Emil
Google şirkəti Android vasitəsilə çalışan smartfonlar üçün yeni funksiyanın istifadəyə verildiyini elan edib. İstifadəyə verilmiş yeni funksiya istifadə edilən Android versiyasından asılı olmayaraq bütün Google Play istifadəçiləri üçün aktivdir. Beləliklə istifadəyə verilmiş Auto-archive adlı yeni funksiya istifadə edilməyən tətbiqlərin həcmlərini kiçiltməyə imkan verir. Bununla belə bu halda tətbiqdəki məlumatlar itirilmir. Google bildirib ki, bu funksiya öz növbəsində smartfonlarda tamamilə silinən tətbiqlərin sayını azaldacaq.
Daxili yaddaşı dolmuş smartfona sahib istifadəçi yeni tətbiq quraşdırmaq istədikdə o, Auto-archive funksiyasının aktivləşdirilməsi təklifini əldə edəcək. Google bildirib ki, bu funksiya daxili yaddaş həcminin 60%-dək azad edilməsinə imkan verəcək. Auto-archive funksiyası nadir istifadə edilən tətbiqlərin smartfondan qismən silinməsi imkanını verir. Bununla belə həmin tətbiqlər istifadəçi məlumatlarını özlərində qoruyub saxlayacaqlar və onların ikonları smartfon ekranında əks olunmağa davam edəcək. İstifadəçi isə öz istəyinə uyğun olaraq qismən silinmiş tətbiqi yenidən smartfona yükləyə biləcək.
Paylaş
Bənzər xəbərlər