main-post-cover

    Apple gələn ildən öz cihazlarındakı AirDrop funksiyasını məhdudlaşdıracaq

    Əməliyyat sistemləri
    Proqram Təminatı
    10.11.2022
    Emil Nəcəfov
        Apple şirkəti 2023-cü ildə öz cihazlarındakı AirDrop funksiyasını məhdudlaşdırmağı planlaşdırır. Səbəb isə məlumatların arzuolunmaz yayılmalarının qarşısını almaqdır. Bu barədə Bloomberg saytı xəbər verib. Hal hazırda AirDrop funksiyası məlumatların əldə edilməsi üzrə növbəti rejimləri təklif edir: Faylların qəbulunu tamamilə dayandırmaq, faylları kontaktlar siyahısındakı şəxslərdən qəbul etmək və faylları bütün istifadəçilərdən qəbul etmək. Siyahıdakı son rejim uzun illər ərzində Çində dövlət əleyhinə olan məlumatların yayılmasında aktiv şəkildə istifadə edilib.
        Buna görə də nəticədə Apple şirkəti sözügedən rejimi Çində məhdudlaşdırıb. Belə ki, şirkət Çin bazarında olan cihazları üçün sistem yenilənməsini təqdim edəndən sonra AirDrop üzərindən faylların bütün istifadəçilərdən qəbul edilməsi rejimini sadəcə 10 dəqiqəlik aktivləşdirmək mümkündür. Bloomberg-in verdiyi məlumata əsasən bu məhdudiyyət dövlət əleyhinə olan məlumatların yayılmasının qarşısını alır. Apple şirkəti yeni məhdudiyyətin nəyə görə yalnız Çində aktivləşdirilməsi fikrinə heç bir aydınlıq gətirməyib. Lakin şirkət qeyd edib ki, o bu məhdudiyyəti gələn il bütün dünyada reallaşdıracaq.
    Linki kopyala