main-post-cover

    Apple iOS 17-də idarəetmə mərkəzini tamamilə dəyişəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.04.2023
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, istifadəçilərin gözləntilərinə baxmayaraq Apple şirkəti iOS 17-də ciddi dəyişikliklər reallaşdırmayacaq. Lakin məlumatda qeyd edilmişdi ki, bununla belə şirkət bəzi kiçik yenilikləri istifadəyə verəcək. Verilmiş yeni məlumata əsasən iOS 11-dən sonra ilk dəfə iOS 17-də idarəetmə mərkəzi yenilənəcək. Bu barədə məlumatı iPhone 14 Pro modellərində Dynamic Island çıxıntısı barəsində məlumat vermiş insayder təqdim edib. Apple şirkətinin iOS 17-nin idarəetmə panelində hansı dəyişiklikləri reallaşdıracağı qeyd edilməyib. Lakin məlumata əsasən şirkət əməliyyat sisteminin bu elementini yenidən emal edəcək. Qeyd etmək lazımdır ki, iOS 17 iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər