Apple istifadəçiləri ölümdən öncə yeni funksiya vasitəsilə məlumatlarını yaxınlarına vəsiyyət edə biləcəklər

Apple istifadəçiləri ölümdən öncə yeni funksiya vasitəsilə məlumatlarını yaxınlarına vəsiyyət edə biləcəklər

Əməliyyat sistemləri
12.11.2021 PAYLAŞIM

    Apple şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş beta versiyasını təqdim etmişdi. Məlum olub ki, şirkət iOS-in bu versiyasına Digital Legacy adlı funksiyanı əlavə edib. Qeyd etmək lazımdır ki, Apple sözügedən funksiyanı hələ iyun ayında WWDC 2021 konfransında təqdim etmişdi. İstifadəçi öz ölümü halında bu funksiya vasitəsilə məlumatlarını kiməsə vəsiyyət edə bilər. Hal hazırda hər hansı bir iPhone istifadəçisi həyatını itirən zaman onun ailə üzvləri smartfondakı məlumatları əldə edə bilmirlər. Məsələ burasındadır ki, həyatını itirmiş şəxsin məlumatları konfidensial hesab edilir və heç kimə açıqlanmır.


    Bu məsələdə hətta ölüm şəhadətnaməsi və məhkəmənin miras qərarı da kömək olmur. Digital Legacy funksiyası isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Beləliklə istənilən istifadəçi güvəndiyi 5 şəxsi seçə bilər. Həmin şəxslər isə istifadəçinin ölümündən sonra onun iCloud hesabını və həmin hesabda mövcud olan məlumatları (foto, video, sənədlər və s.) əldə edəcəklər. Bunun üçün Apple şirkətinə sadəcə olaraq ölüm şəhadətnaməsini və istifadəçinin iCloud hesabının şifrəsini təqdim etmək lazım gələcək. Digital Legacy funksiyası iPhone-larda, iPad-lərdə və Mac modellərində aktiv olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub..

Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurl..


Əfsanəvi Winamp playeri yeni dizaynda geri qayıdır

2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır...


Google Chrome-un Android versiyası daha sürətlə çalışır və daha az RAM yaddaşınd..

Google bildirib ki, bəzi optimizasiya prosesləri sayəsində Chrome brauzerinin Android versiyası RAM ..


Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib..

Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını tə..


MIUI 13 istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində rəsmi ..

Xiaomi şirkətinin CEO-su Lei Jun MIUI 13 istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi bar..


Google Android 12L adlı əməliyyat sistemini təqdim edib

Smartfon istehsalçıları öz cihazları üçün Android 12-ni optimizasiya etdikləri bir vaxtda Google şir..

×