Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat sisteminin adı məlum olub

Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat sisteminin adı məlum olub

Əməliyyat sistemləri
16.03.2023 PAYLAŞIM

    Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il təqdim edəcək. İndi isə şirkət tərəfindən təqdim edilmiş açıq mənbəli kod sayəsində qarışıq reallıq cihazının sahib olacağı yeni əməliyyat sisteminin adı məlum olub. Apple GitHub servisində tərtibatçılar üçün nəzərdə tutulmuş açıq mənbəli kodunu yeniləyib. Yenilənmiş açıq mənbəli kodda artıq mövcud olan iOS, macOS WatchOS ilə yanaşı həmçinin realityOS Reality Simulator adları aşkar edilib.

    9to5mac saytı öz növbəsində açıq mənbəli kodu analiz edərək onda realityOS adının olduğunu təsdiqləyib. Gözləntilərə əsasən şirkətin ilk qarışıq reallıq cihazının əldə edəcəyi əməliyyat sistemi məhz realityOS adlanacaq. Qeyd etmək lazımdır ki, Apple hələ 2021-ci ildə ABŞ-ın patentləşdirmə qurumunda realityOS adlı əmtəə nişanını qeydiyyatdan keçirtmişdi. Gözləntilərə əsasən Apple öz ilk qarışıq reallıq cihazını iyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'..

İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot..


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..


POCO F2 Pro üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini qlobal bazarda POCO F2 Pro smartfonu üçün istifadəyə ..

×