Logo
    main-post-cover

    Apple visionOS əməliyyat sisteminin ilk beta versiyasını tərtibatçılar üçün təqdim edib

        Apple şirkəti bu ayın əvvəlində baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı ilk qarışıq reallıq cihazını təqdim etdi. Təqdimat zamanı məlum oldu ki, Vision Pro şirkətin tamamilə yeni əməliyyat sistemi vasitəsilə çalışır. Söhbət, visionOS adlı əməliyyat sistemindən gedir. İndi isə məlum olub ki, şirkət sözügedən əməliyyat sisteminin beta test mərhələsini işə salıb. Tərtibatçılar artıq visionOS Beta 1-i test edə bilərlər.
        Yeni əməliyyat sisteminin test versiyası SDK-nın (Software Development Kit) təqdimatından sonra anons edilib. VisionOS-in beta versiyası sayəsində təırtibatçılar Vision Pro üçün nəzərdə tutulmuş tətbiqlərini yarada və optimizasiya edə biləcəklər. Qeyd etmək lazımdır ki, şirkət Vision Pro-nun tərtibatçılar təırəfindən test mərhələsinə hələ start verməyib. Gözləntilərə əsasən bu, gələn ay baş tuta bilər. Şirkət Vision Pro-nu gələn ilin əvvəlində satışa çıxartmağı planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər